"Bakı ilə İrəvan rəsmiləri Rusiyada görüşəcək" - Zaxarova

img

12-04-2023 [15:18]


"Bakı ilə İrəvan arasında danışıqların növbəti mərhələsi Rusiyada keçiriləcək".

Mia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, hər iki tərəf buna razılıq verib: "Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına yardım göstərmək istiqamətində səyləri zəifləmir"

Ancaq Zaxarova danışıqların nə vaxt baş tutacağını açıqlamayıb(Report).

Rusiya XİN sözçüsü daha sonra deyib ki, Avropa İttifaqının missiyasının bölgəyə ayaq basmasından sonra belə insidentərin olacağını gözləyirmişlər: "Regionda köhnə münaqişənin həlli ilə heç vaxt məşğul olmayan digər strukturların və oyunçuların səyləri effekt verməyəcək. Biz bunu demişdik. İndi biz sabitliyin pozulmasının müxtəlif acı təzahürlərini müşahidə etməyə başlayırıq".

Samir

mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR