YAP funksioneri: "Şübhə yoxdur ki, bu sənədlər, ikitərəfli münasibətlərin gələcək inkişafında öz sözünü deyəcək"
12-04-2023 [13:52]
"Dövlət başçısı İlham Əliyevin aprelin 10-da Qazaxıstana dövlət səfəri bir daha bu kimi məqamların açıqlanmasında yardımçı oldu. Belə ki, Azərbaycan və Qazaxıstan prezidentlərinin məhdud və geniş tərkibdə görüşləri zamanı gündəmdə saxlanılan məsələlər, imzalanan çoxsaylı sənədlər, dövlət başçılarının mətbuata birgə bəyanatları, eyni zamanda, səfər çərçivəsində Astanada Ulu Öndər Heydər Əliyevin adını daşıyan küçənin açılışı və sair kimi mühüm məqamlar iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə işıq saldı. Prezident Kasım-Jomart Tokayevin qeyd etdiyi kimi, Azərbaycan Qazaxıstan üçün sadəcə mühüm və etibarlı tərəfdaş deyil, qardaş, yaxın dövlətdir. İki ölkə arasında çoxəsrlik sarsılmaz dostluq, qarşılıqlı dəstək tellərinə söykənilərək səmərəli dövlətlərarası əməkdaşlıq formatı yaradılıb. Bu gün bu əməkdaşlıq əsl strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsində inkişaf edir. Ölkələrimiz arasında etimada əsaslanan fəal siyasi dialoq yaranıb. Əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşıb. Ötən dövr ərzində iki ölkə arasında 134 sənəd imzalanıb".
Bu sözləri Mia.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə deyib.
O bildirib ki, xalqlarımızı əsrlər boyu sarsılmaz dostluq və qarşılıqlı hörmət telləri bağlayır: "Tarixi köklər, coğrafi yaxınlıq və çoxillik sıx əlaqələr iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi üçün zəmindir. Hər iki tərəf qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsində maraqlıdır. Qarşılıqlı səfərlər zamanı, ayrı-ayrı sahələrin inkişafını nəzərdə tutan sənədlərin imzalanması, dostluq, qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün mühüm təkliflərin səsləndirilməsi bunun təsdiqidir. Şübhəsiz ki, ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı etimad əsas amildir. Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatını imzaladılar. Keçən il isə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri zamanı strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə, həmçinin 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” imzalanmışdır.
Şübhə yoxdur ki, bu sənədlər, ikitərəfli münasibətlərin gələcək inkişafında öz sözünü deyəcək. Hər bir sənəd əlaqələrin inkişafında yeni istiqamət, ən əsası hüquqi bazadır. Sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrası fonunda münasibətlərin inkişaf coğrafiyası daha da genişlənir. Hazırda iki ölkə arasında iqtisadi və siyasi əlaqələr yüksələn xətlə inkişaf edir. Xalqlarımızın tarixi, ənənələri, mədəniyyəti bütün sahələrdə daha sıx qarşılıqlı fəaliyyət göstərilməsini tələb edir. «Əməkdaşlığın istiqamətlərinə gəldikdə isə, onların sadalanması yəqin ki, çox vaxt tələb edərdi, çünki bu istiqamətlər praktiki olaraq həyatımızın bütün sahələrini əhatə edir» söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, humanitar sahədə əməkdaşlıq birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri, Qazaxıstanda Azərbaycan mədəniyyəti günləri təşkil ediləcək. Bu, xalqlarımızı daha da yaxınlaşdıracaq, qədim tariximizi və mədəniyyətimizi daha da zənginləşdirəcək. Məhz humanitar əlaqələr dövlətlərarası münasibətlərin qurulmasının əsasıdır. Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, gələcəyini özləri quran ölkələrdir. Bu da bugünkü dünya siyasətində ən mühüm amildir".
Samir
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi