12-05-2014 [16:04]
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Mia.az-a partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk növbədə Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin iştirakı ilə Tbilisidə keçirlilən sammitin nəticələrinə münasibət bildirib və bu görüşün istər regionda sülhün, təhlükəsizliyin qorunması, istərsə də regionu təhdid altında saxlayan Putin Rusiyasının imerialist iddialarına müqavimət baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
İdarə Heyəti
Rusiyanın separatçı qüvvələrə aktiv dəstəyi
ilə Ukraynanın Donetsk və Luqansk əyalətlərində referendum keçirilməsini qətiyyətlə
pisləyib və bu faktın ölkə konstitusiyasına və beynəlxalq hüquq normalarına
zidd olduğunu diqqətə çatdırıb. Partiya yetkililəri bu referendumun Rusiyanın təhriki
ilə keçirildiyini qeyd edib və dünya dövlətlərini Krımdan sonra Şərqi Ukraynanın
ilhaq və işğalına hesablanmış bu addımların qarşısını almağa, Rusiyanın işğalçı
siyasəti davam etdikcə adı çəkilən ölkəyə qarşı iqtisadi, siyasi sanksiyalar tətbiq
etməyə və Ukraynanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması üçün lazım
olan səyləri göstərməyə çağırıb.
İdarə Heyəti
Rusiya prezidenti V.Putinin 9 mayla əlaqədar verdiyi bəyanata da münasibət
bildirib. Rusiya prezidentinin rusların bütün dünyanı alman faşizmindən xilas
etməsi haqqında səsləndirdiyi fikrin kökündən yanlış olduğunu qeyd edən partiya
İH üzvləri, Hitler Almaniyası üzərindəki qələbənin təkcə Rus xalqının adına
yazılmasını tarixin saxtalaşdırılması, tarixi ədalətsizlik kimi dəyərləndirib və
2-ci dünya müharibəsindəki qələbənin əldə
olunmasında bütün Sovet xalqlarının,o cümlədən Azərbaycan xalqının, habelə müttəfiqlərin
mühüm rol oynadığını xüsusi olaraq qeyd edib.
İclasda həmçinin qeyd olunub ki, 9 may 1945-ci ildə dünya xalqları faşizmin bir qanadı olan nasional sosializmdən
xilas olsa da, digər qanad olan proletar sosializmdən uzun müddət əziyyət çəkib.
Rusiyanın V.Putinin rəhbərliyi ilə davam edən indiki siyasəti də onu bir daha təsdiq
edir ki, Sovetlər birliyi dağılsa da bu dövlət müxtəlif bəhanələrlə ətraf ölkələrin
xalqlarını zorakılıqla əsarətində saxlamağa və onlara hökm etməyə can
atır.
İdarə heyəti
Fransa prezidenti F.Ollandın Azərbaycana səfəri zamanı müzakirə olunan məslələrə
münasibət bildirib və görüşün iki ölkə arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni
əməkdaşlaığa töhfə olması ilə yanaşı bundan sonrakı dövrdə Minsk qrupunun həmsədr ölkəsi olaraq
Fransanın Dağlıq Qarabağ probleminin həllində daha ədalətli mövqe tutmasına
ümid etdiyini diqqətə çatdırıb.
İdarə Heyəti
ABŞ-ın Dağlıq Qarabağ probleminin həlli ilə bağlı təklif etdiyi yeni variantın
heç də Azərbaycanın mili maraqlarını tam təmin etmədiyini bildirib və bu layihədə
işğalçı dövlətə üstünlüklər verilməsini istər işğalçı dövlət barədə BMT-nin
ümumi qətnaməsinə, istərsə də BMT-nin Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal azad
olunması ilə bağlı məlum dörd qətnamənin tələblərinə zidd olduğunu diqqətə
çatdırlıb və ABŞ rəsmilərini Rusiyanın Krıma müdaxiləsində göstərdiyi təpkini
Qrabağa münasibətdə də tətbiq etməyə çağırıb. Qeyd olunub ki, Putinin Krıma səfəri
hansı qaydada Ukraynanın müstəqilliyinə zidd addımdırsa Sarksiyanın da Azərbaycan
ərazisi olan Qrabağa səfər etməsi ölkəmizin müstəqqilliyinə və beynəlxalq hüquq
normalarına o qədər ziddir və gərəkən odur ki, Qərb dövlətləri, o çümlədən ABŞ
bu cür yanaşmalardsa ikili standarlardan əl çəksin.
İdarə Heyəti
9 may günü bir qrup gəncin paytaxtın ayrı-ayrı yerlərində "georgiyev lenti”
paylamasını ciddi narahatlıqla qarşılayıb və Rusiya səfirliyinin aktiv iştirakı
ilə keçirilən bu kompaniyanı qətiyyətlə pisləyib. Partiya yetkililəri ölkə vətəndaşlarının
bu kompaniyada məhdud iştirak etməsini müsbət dəyərləndirib, bunu ölkəmizdə
istiqlal məfkurəsinin oturuşması və Rusiya təhlükəsinin hamı tərəfindən eyni
qaydada qəbul edilməsi kimi dəyərləndirib, həmçinin hüquq mühafizə orqanlarını
bu təhlükəli tendensiyanın çarçıları barədə lazımı tədbirlər görməyə çağırıb.
İdarə Heyəti
Gül bayramı ilə bağlı Xətai rayonu ərazisində keçirilən tədbirdə bir çox nazir
və millət vəkilinin gözü qarşısında çoxmərtəbəli binada asılan Azərbaycan
bayrağında yaşıl rəngin önə çəkilməsi faktından ciddi narahat olduğunu bildirib
və bu faktı adı çəkilən rayonun icra başçısı da daxil olmaqla hakimiyyət görəvlilərinin dövlət atributuna
qarşı sayqısızlığı və məsuliyyətsiszliyi kimi dəyərləndirib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi