XİN rəsmisinin adının hallandığı qalmaqal... - Sabiq nazir məsələyə reaksiya verdi
12-04-2023 [10:26]
Bakı Ağ Şəhərdə “Diplomat 2008″ MTK tərəfindən inşa olunan yaşayış binasında mənzil almış bir qrup sakin 4 ildir yaşayış binasında işlərin yekunlaşdırılmamasından və mənzillərin sakinlərin yaşaması üçün təhvil verilməməsindən şikayət edirlər. Onlar əli hər yerdən üzülmüş və çarəsiz vəziyyətdə olduqlarını bildirirlər, problemin həllini gözləyirlər.
Mia.az xəbər verir ki, onlar bu barədə Marja.az-a müraciət ediblər.
“Satış ofisi Xarici İşlər Nazirliyinin binasında yerləşən, sədri Xarici İşlər Nazirliyinin Avropa İdarəsinin rəis müavini və Həmkarlar İttifaqı Komitəsinin rəhbəri Elxan Azayev olan “Diplomat 2008″ MTK 2014-cü ildə Bakı Ağ Şəhərdə yaşayış binasının tikintisinə başlayıb. “Diplomat 2008” MTK ilə sakinlər arasında imzalanmış mənzil alqı-satqısına dair müqaviləyə əsasən binada işlər 2019-cu ildə tam başa çatdırılmalı və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməli idi. Lakin tikintinin başlamasından 9 il keçməsinə baxmayaraq, yaşayış binasında işlər yekunlaşdırılmayıb və mənzillər sakinlərin yaşaması üçün təhvil verilməyib”, – deyə müraciətdə bildirilir. Hazırda binada Elxan Azayevə məxsus dəyəri bir neçə milyon manat olan əmlaklar (mənzillər, qeyri-yaşayış sahələri, yeraltı avtomobil dayanacaqları) var. Elxan Azayevin bu qədər əmlakı, pulu olmasına baxmayaraq binada işləri yekunlaşdırmaqda maraqlı deyil.
“Məsələ ilə bağlı xarici işlər naziri cənab Ceyhun Bayramova müraciət ünvanlasaq da, bu günə kimi müraciətimiz cavabsız qalıb, problemlərimiz həll olunmayib.
Vəzifəsi Bakı Ağ Şəhərdə inşa olunan binalarda işlərin icrasına, keyfiyyətinə, layihəyə uyğun tikintisinə, vaxtında başa çatdırılmasına və s. nəzarət etməli olan Bakı Ağ Şəhər Administrasiyası da işləri tamamilə nəzarətsiz qoyub və ya “Diplomat 2008″ MTK-nın qanunsuz əməllərinə göz yumur”, – deyə şikayətçilər bildirib. Elxan Azayev Marja.az-a açıqlamasında bildirdi ki, binanın təhvili koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş karantin rejimləri, maliyyə çətinliyi, Bakı Ağ Şəhər Administrasiyasının düzgün olmayan yanaşması, sənədləşmənin vaxt tələb etməsi, bunun üçün aylarla davam edən yazışmalar səbəbindən gecikir: “Maliyyə çətinliyi də oldu. Şikayət yazan sakinlərin içərisində elə şəxslər var ki, bu gün cədvəl üzrə maliyyə borcu var. Tikinti kooperativinə borcunu ödəmirlər, amma şikayət edirlər”. Elxan Azayev vurğulayıb ki, 2-3 həftə ərzində, may ayınadək təhvil-təslim və digər xırda tamamlama işləri yekunlaşacaq: “2-3 həftəyə işlər tamamilə yekunlaşacaq, orada demək olar ki, iş yoxdur”.
Xarici İşlər Nazirliyinin yüksək vəzifəli məmurunun mənzil tikintisi ilə məşğul olması barədə deyilənlərə toxunan Elxan Azayev qeyd etdi ki, 98 mənzildən ibarət bina nazirliyin əməkdaşlarının müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə tikilib: “Mən həm də Xarici İşlər Nazirliyində Həmkarlar İttifaqı Komitəsinin sədriyəm. Əməkdaşlarımızın müraciətinə əsasən onların ev şəraitinin yaxşılaşdırılması məqsədilə Bakı Ağ Şəhərdə yaşayış binası tikilib. Bununla əlaqədar olaraq MTK-ya sədrlik edirəm. Binadakı mənzillərin əksəriyyəti nazirliyin əməkdaşlarına verilib, əməkdaşların tələbatından artıq olan hissəsi kənar şəxslərə satılıb”.
Qeyd edək ki, yerli mətbuatda dərc edilmiş bəzi xəbərlərdə “Diplomat 2008″ Mənzil Tikinti Kooperativi keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun biznesi kimi göstərilib.
Məsələ ilə bağlı sabiq nazir Elmar Məmmədyarovla əlaqə saxladıq. O, “Yeni Müsavat”a bildirib ki, bu binanın ona aidiyyəti yoxdur: “Vaxtilə kooperativ idi, 2008-ci ildə Xarici İşlər Nazirliyinin arxasında diplomatlar üçün binanı tikdik. Amma Ağ Şəhərdə tikilən o mənzillərin mənə aidiyyəti yoxdur. Bəlkə də doğrudan da diplomatlar orada tikiblər, düzəldiblər, amma mənim bundan xəbərim yoxdur. Mənim adım “Diplomat 2008″ə görə hallanır. O vaxt tikildi, bəli, amma ondan sonra olanların mənə aidiyyəti yoxdur”.
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi