Oğlu polis döyən idarə rəisi DİN-ə çağırıldı

img

12-05-2014 [15:48]


"Şərif Əsədullayev hazırda Daxili İşlər Nazirliyindədir ”.   

Mia.az xəbər verir ki, bu barədə "Axar.az”a  İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən məlumat verilib.   

Polkovnikdən övladlarının polis bölməsində törətdikləri hadisə ilə bağlı açıqlama alma istəsək də, idarə rəsini yerində tapa bilmədik. İdarədən hazırda Şərif Əsədullayevin Daxili İşlər Nazirliyinə çağırıldığını bildirdilər: 

 "Şərif müəllim hazırda yerində deyil. O, Daxili İşlər Nazirliyində iclasdadır”.  

 Qeyd edək ki, az öncə saytımızda İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi polkovnik Şərif Əsədullayevin oğlunun polis bölməsinin əməkdaşlarına qarşı güc tədbiq etdiyi və polisləri ölümcül halda döydüyü barədə xəbər dərc olunub. Polkovnikin oğullarının polis bölməsində çıxartdıqları rəzalətə Yasamal Rayon Polis İdarəsindən dərhal reaksiya gəlib. Lakin bir müddət sonra bu araşdırma dayandırılıb.   Şərif Əsədullayevin oğullarının döydüyü polislərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Hətta onun həyatı təhlükəsi olduğu barədə bölmədən məlumat verilib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA