Ermənistan niyə indi hücuma keçdi? - Ekspertdən ŞƏRH
11-04-2023 [20:23]
Bu gün Laçınla sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatı ölkənin gündəmii zəbt edib.
Mia.az xəbər verir ki, baş verənlərə siyasi məsələlər üzrə ekspert Asif Nərimanlı şərh verib.
Onun sözlərinə görə. baş verənlər ortaya "Ermənistan niyə indi hücuma keçdi" sualını çıxarır və əsas məqam da budur ki, hədəfin daha genişmiqyaslı olduğunu göstərir:
"İrəvanın məqsədini bir neçə kontekstdə dəyərləndirmək olar:
Birincisi, sərhədin delimitasiyasının qarşısını almaq;
Yeni Laçın yolunun istifadəyə verilməsindən sonra bu istiqamətdə sərhədin bərpası başlandı. Bu, işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədinin bərpasıdır və proses konkret xəritələrə əsasən aparılır. Əsas diqqətçəkən məqamlardan biri də rəsmi İrəvanın Azərbaycan Ordusu tərəfindən sərhədin bərpası prosesinə əvvəlcə etiraz etməməsi, hər şeyin razılaşma əsasında həyata keçirildiyini deməsi, etirazın mühəndis işlərinin aparıldığı vaxt etməyə başlaması idi.
Paşinyan bəyan etdi ki, Laçın istiqamətində sərhədin 12 kilometrlik hissəsinin 7 kilometrində yerləşmə məntəqələri dəqiqləşdirilib, 5 kilometr hissəsi mübahisəlidir. Əgər 7 kilometr hissə xəritə üzərindən dəqiqləşdirilirsə, İrəvanın 5 kilometr hissədə etiraz etməsi şübhələr yaradır və istisna deyil ki, burada məqsəd bu gün baş verən hərbi eskalasiyaya əsas yaratmaq üçün səbəbin formalaşdırılmasıdır.
İkincisi, masadakı razılaşmaları dağıtmaq və yeni şərtlər formalaşdırmaq;
Hərbi eskalasiya İrəvana siyasi baxımdan lazımdır:
- 44 günlük müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır, yeni gündə formalaşdırır, yaxud ən pis halda prosesi uzadır;
- Üçtərəfli razılaşmalarda üzərində götürdüyü öhdəliklərdən imtinaya əsas əldə edir;
- Sərhədə gətirdiyi Avropa İttifaqı missiyasının hesabatının “Azərbaycan təcavüzkardır” kontekstində hazırlanmasında zəmin yaradır: Laçın yolu
məsələsində Bakıya qarşı beynəlxalq təzyiq kampaniyasına nail ola bilməyən İrəvanın bunu daha effektli olacağını düşündüyü sərhəd üzərindən edəcəyi gözlənilirdi;
Üçüncüsü, Rusiyanın yerini yeni iştirakçılarla doldurmaq".
Ekspertin fikirində, istisna deyil ki, Ermənistan bu döyüşlərlə KTMT-dən dəstək tələbini yenidən aktuallaşdıracaq və bu dəstəyin alınmamasını əsas gətirərək, təhlükəsizliyin təmin edilməsində yeni iştirakçıların vacibliyini önə sürəcək: "Bu iştirakçılardan biri Avropa İttifaqı və ittifaqın missiyası altında çıxış edən Fransadır".
Digəri hansı ölkə ola bilər?
Eksperin iddiasına görə, böyük ehtimalla İran:
"Təxribat hücumunun məhz indi edilməsinin səbəbini burada axtarmaq zərurəti var, xüsusilə Bakı-İrəvan münasibətlərinin normallaşması prosesində yeni addımların atılacağı gözləntisi fonunda:
1. Qərb masasında danışıqlar konkret nəticə verməsə də, növbəti görüşün Vaşinqtonda keçiriləcəyi gözlənilir;
2. Rusiya bölgədə təşəbbüsü yenidən ələ almaq məqsədilə aktivləşir: Lavrovun Ankarada Qarabağı müzakirə etməsi, eyni gündə Putinin Paşinyanla telefon danışığında üçtərəfli razılaşmaların icrası və sülh sazişinin hazırlığından danışması bundan xəbər verir".
A.Nərimanlı bildirib ki, Qərb və Rusiya bölgədə bir-birinə qarşı olsa da, hansısa tərəfin təşəbbüsü ələ alması Ermənistanın götürdüyü öhdəliklərin icrasını aktuallaşdırır və bu, həm də İranı oyundan kənar vəziyyətə salır:
"Bu baxımdan, təxribat hücumunun Ermənistanla İranın birgə planı olması ehtimalı böyükdür. Tehran üç mümkün hədəfi görünür:
1. Danışıqlarda mövcud gündəliyi pozmaq, özünün də hansısa formada iştirak imkanlarını yaradacaq yeni gündəliyi formalaşdırmaq;
2. Azərbaycana qarşı hücumu Ermənistan üzərindən davam etdirmək və “sərhədlərin dəyişməsi” perspektivinin qarşısını almaq;
3. Ermənistanın təhlükəsizliyinin qorunmasında Rusiyanın zəifləyən yerini tutmaq, ən azı iştirakçıya çevrilmək;
Ermənistan Təhlükəsizlik şurasının katibi Armen Qriqoryanın hücumdan öncə Tehranda iranlı həmkarı Şamxani ilə görüşü də bu kontekstdə diqqət çəkir".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi