KTMT gəlir, Bakı tədbir görür: Prezidentin Qazaxıstan səfərinin pərdəarxası – Təhlil
11-04-2023 [13:22]
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri aprelin 10-da başa çatıb.
İstər Prezidentin keçirdiyi görüşlər, istər imzalanan yeni razılaşmalar, istərsə də çıxışı zamanı qeyd etdiyi məqamlar baxımından səfər həm məhsuldar alındı, həm də kifayət qədər diqqət çəkdi.
Ümumiyyətlə, Azərbaycan Mərkəzi Asiya ölkələri, o cümlədən regionun türk dövlətləri ilə münasibətlərə əhəmiyyət verir. Son illərdə Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə səfərlər etməsi də bunu təsdiqləyir. Öz növbəsində region dövlətlərinin başçılarının da Azərbaycana səfərlərinin müntəzəm xarakter alması ölkəmizə diqqətin artdığının göstəricisidir.
Azərbaycanın sıx, tarixi əlaqələrə malik olduğu türk dövlətlərindən biri də məhz Qazaxıstandır. Hər iki ölkə xalqları arasında köklü tarixi, mədəni və dini ortaqlıqlar, əlaqələr var. Təsadüfi deyil ki, bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır.
Azərbaycanın dövlət başçısı İlham Əliyevin Qazaxıstana son səfəri 2022-ci il oktyabrın 13-14-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin VI Zirvə Toplantısı çərçivəsində baş tutub. Ötən il avqustun 24-də isə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ölkəmizə rəsmi səfər edib. Dövlət başçılarının qarşılıqlı səfərləri həm də iki ölkənin bir-birinə verdiyi önəmin real göstəricisidir.
Qazaxıstan və Zəngəzur dəhlizi
Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradır. Ölkələrimizin maraqları bu məsələdə də üst-üstə düşür.
Tarixi ipək yolunun restavrasiyası mahiyyətini daşıyan Çinin “Bir kəmər bir yol” layihəsi çərçivəsində Qazaxıstan da, Azərbaycan da kifayət qədər mühüm əhəmiyyətə malikdir. Xüsusilə Zəngəzur dəhlizi bu layihənin əsas şah damarı hesab edilir.
Dəhlizin açılması şərq-qərb enerji daşıyıcılığı və nəqliyyat-logistika kimi məsələlərdə mühüm dividentlərin əldə edilməsi deməkdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib ki, ötən ilin avqust ayında Bakıda qəbul edilmiş qərarlar bu gün artıq reallaşır. Söhbət Qazaxıstan neftinin Azərbaycandan keçməklə tranzitinin başlanması, Orta Dəhlizin imkanlarını tam həcmdə səfərbər etmək üçün ölkələrimizin nəqliyyat-logistika infrastrukturlarının birləşdirilməsindən gedir.
Rəsmi Bakı Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji ehtiyacını yaxşı bilir. Təkbaşına bu ehtiyacı qarşılaya bilməyəcəyinin də fərqindədir. Azərbaycan Qazaxıstan neft və qazının mövcud kəmərlərə qoşularaq Avropa bazarına çıxarılması ilə nəql edilən enerjinin həcmini artırmaq istəyir. Bu öz növbəsində Qazaxıstanın da maraqlarına uyğundur.
Bakı KTMT-ni kənarda saxlamaq istəyir
Prezidentin Qazaxıstan səfəri həm də KTMT missiyasının Ermənistana gəlməsi fonunda diqqət çəkir. Rəsmi İrəvan Avropa İttifaqının mülki missiyasının ardınca indi də KTMT missiyasını ölkəyə dəvət edir. Paşinyan administrasiyası hər nə qədər bu addımı Avropa İttifaqının mülki missiyasından narahat olduqları ilə əlaqələndirsələr də əsas məqsədin bu yolla regiona kənar qüvvələrin gətirilməsi olduğu aydındır.
Bütün bunları nəzərə alsaq demək olar ki, Prezidentin nə Qazaxıstana, nə də bundan öncə Tacikistana səfəri təsadüfi deyil. Yəni səfərin bir məqsədi də KTMT üzvü olan ölkələr ilə təmasları sıxlaşdırmaq, münasibətləri inkişaf etdirmək və eynilə 44 günlük müharibə zamanı olduğu kimi KTMT ehtimal gərginlik zamanı müdaxiləsinin qarşısını almaqdır. Nəzərə alsaq ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh müqaviləsi imzalanmayıb, bu, iki ölkə arasında real müharibə vəziyyətinin davam etməsi deməkdir. Yəni tərəflər hər an yenidən hərbi toqquşmalara başlaya bilər.
Təsadüfi deyil ki, Prezident də çıxışı zamanı “Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb, amma bizim istədiyimiz kimi rəvan getmir” deyib. Əslində bununla Prezident qazaxıstanlı həmkarının diqqətinə həm də regionda gərginliyin istənilən an başlaya biləcəyini çatdırıb. Bu həm də fors-major vəziyyətdə Qazaxıstanın da seçim etməli olacağı mesajı idi.
Nəticə etibarilə ölkə başçısı Ermənistanın nə etmək istədiyinin fərqindədir və buna görə də indidən bunun qarşısını almaq üçün diplomatik fəaliyyətə başlayıb.
Turan Rzayev
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi