Politoloq: "Türkiyənin yeni hərbi PUA gəmisi Azərbaycan üçün də mühüm hadisədir" - "Azərbaycan Xəzər donanmasını gücləndirməyə çalışır"
10-04-2023 [12:29]
Türkiyənin dünyada bir ilk sayılacaq hərbi PUA gəmisi – “TCG Anadolu” istifadəyə verilib.
Mia.az xəbər verir ki, uzunluğu 231 metr, eni isə 32 metr olan “TCG Anadolu” 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir. Maksimum yükdəyişmə qabiliyyəti isə 27 min 436 tondur.
Gəmi hazırda orduda xidmətə tam hazırdır və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.
Bu və ya digər məqamlarla bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, ümumiyyətlə, Amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq hələ 2015-ci ildən hazırlanmağa başlanıb:

TURAN RZAYEV
"Yunanıstan ilə vaxt aşırı gərginlik Rusiya Ukrayna müharibəsinin Qara dənizdə yaratdığı təhlükəsizlik problemi ha belə yeni kəşf edilən karbohidrogen yataqları ilə birlikdə Ankaranın artan aralıq dənizi maraqları Türkiyənin donanmasını gücləndirmək zərurətini yaradıb.
Türkiyə hazırkı statistik göstəricilərə görə Türkiyə dünyanın ən böyük 12-ci, Aralıq dənizinin isə 5-ci ən böyük donanmasına malikdir (Statistika mənbələrdən asılı olaraq fərqlilik göstərə bilər). Bu çox ciddi göstərici olsa da Ankara mövcud donanma potensialını artırmaq niyyətindədir.
“TCG Anadolu” bu baxımdan Türkiyənin mövcud donanma potensialını artıracağı kimi dənizlərdə aviasiya üstünlüyü də təmin edəcək. Xüsusilə vurğulanmalı olan məqam isə “TCG Anadolu”nun PUA gəmisi olmasıdır".
Politoloqun fikirincə, nəzərə alsaq ki, PUA-lar müasir döyüşlərin əvəzsiz bir parçasıdır və Türkiyə bu sahədə kifayət qədər ixtisaslaşmış bir ölkədir, o zaman bu aparatların donanmalara inteqrasiyası və dənizlərdə tətbiqi növbəti yenilik hesab edilə bilər: "Bu, həm də gələcəkdə PUA-ların uçuş məsafəsinin eyni zamanda havada qalma müddətinin artırılması üçün yeni sınaqların keçirilməsi baxımından da vacibdir. Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması dünya hərb tarixində yeni bir səhifənin aralanması deməkdir".
"Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi – “TCG Anadolu” xidmətə başlaması Azərbaycan üçün də mühüm bir hadisədir", - deyən politoloq bildirir ki, ən az Türkiyə kimi, Azərbaycan da Xəzər donanmasını gücləndirməyə çalışır: "Mövcud İran-Azərbaycan gərginliyi Xəzər donanmasının gücləndirilməsinin vacibliyini bir daha göstərdi. Hesab edirəm gələcəkdə Türkiyə və Azərbaycan Xəzərdə “TCG Anadolu” bənzəri bir yeni bir PUA gəmisinin ərsəyə gəlməsi üçün ortaq iş görə bilər.
Xəzər dənizində Azərbaycan donanmasının tərkibində “TCG Anadolu”r PUA gəmisinin olması İran kimi ölkələrə gözdağı olacağı kimi, Mərkəzi Asiya türk dövlətləri nəzdində Ankara və Bakının dəyərini daha da artıracaq. Bu, həm də TDT baxımından da ciddi addım ola bilər".
Samir Musayev
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi