Əli Əsədovun əmisi oğlu aktiv siyasətlə vidalaşdı

img

10-04-2023 [10:48]


“Siyasi partiyalar haqqında” qanunun qəbulundan sonra son aylar ölkədə 10-dan çox partiyanın fəaliyyətinin dayandırması barədə xəbərlər yayılıb.

Mia.az xəbər verir ki, ötən gün mərhum Nizami Süleymanovun qurucusu olduğu Müstəqil Azərbaycan Partiyası "özünü buraxıb".

Gununsesi.info-nun məlumatına görə, bu gün də Azərbaycan Respublikaçılar Partiyası da fəaliyyətini dayandırdığını bəyan edib.

Xatırladaq ki, 1999-cu ildə qeydiyyata alınan partiyaya Sübut Əsədov adlı şəxs sədrlik edirdi.

Qeyd edək ki, Sübut Əsədov Baş nazir Əli Əsədovun əmisi oğludur.

Samir

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR