Sabah 32 dərəcə isti olacaq

img

12-05-2014 [14:13]


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən MİA-ya daxil olan xəbərə görə, mülayim cənub-şərq küləyi gecəyə doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi dağlıq rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, axşama doğru arabir güclənən qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir. 

Tibbi-meteoroloji proqnoza görə,  mayın 13-14-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi,14-də hava şəraitinin küləkli keçməsi bəzi meteohəssas insalarda narahatlıq hissi yarada bilər. Bununla yanaşı  komfort temperatur rejimi müsbət amildir. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA