TÜRKİYƏDƏ SEÇKİ GƏRGİN MƏRHƏLƏYƏ GİRİR: "Müxalifətin əlinə kozır verildi" - "Ərdoğana dedim ki..."
10-04-2023 [09:14]
Ərdoğanın lideri olduğu “Cumhur ittifaqı”nın əsas ortaqlarından olan Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Dəstəçi Türkiyə siyasətini silkələyən açıqlamalar verib.
Mia.az xəbər verir ki, o, bu barədə TV100-ə müsahibəsində danışıb.
Cumhur İttifaqının çatısı altında olan partiyaların parlament seçkilərinə bir siyahıda deyil, ayrı-ayrı siyahılarla getməsinin ümumi nəticəyə zərər verəcəyini deyən partiya lideri bildirib ki, hakim AK Partiyanın deputatlıq siyahılarında HUDA PAR-ın bir neçə üzvünün adının yer alması qələbələrinə kölgə düşürə bilər:

"Bəli, mən, HUDA PAR-ın partiya proqramında yazılan neqativ fikirlərlə razı deyiləm, amma terrora, zorakılığa bulaşmamaq şərti ilə hər kəs öz fikrini bildirə bilər. Ana dilində muxtariyyət, təhsil kimi diskussiyalar fikir azadlığıdır. Yetər ki, bu düşüncə terrora çevirilməsin.
Bəli, HÜDA PAR-ın daxilindən bəzilərinin çıxıb "Hizbullah terror təşkilatı deyil" sözlərini bəyan eləməsi doğru deyil. Terror təşkilatı hansı məhzəbə aid olursa olsun, terror təşkilatıdır. HÜDA PAR-ın AK Partiyanın siyahısında seçkiyə qatılması AK Partiyanın biləcəyi işdir. Mən, BBP olaraq HÜDA PAR-la belə bir işbirliyi etmərəm. Bunun doğru olmadığını Prezident Ərdoğana da söylədim".
Fikirlərini davam etdirən Ərdoğanın silahdaşı qeyd edib ki, HÜDA PAR "Cumhur İttifaqı"nda təmsil olunmur, sadəcə, AK Partiya siyahılarından deputat seçkisinə gedir:

"HÜDA PAR-ın terrorla əlaqələndirilməsinə dair güclü təbliğat aparılır. Müxalifətin əlinə kozır verildi. Nə gətirir, nə götürür, bunun hesabı aparıldımı, bilmirəm. Bu, bizim milli görüşümüzə uymur. Dediyim kimi, mən belə bir işbirliyi qurmaram".
Xatırladaq ki, hakim AK Partiya HÜDA PAR-ın sədri Zekeriya Yapıcıoğlunun namizədliyi İsanbuldan irəıi sürüb. Bundan başqa, onun köməkçisi Şehzade Demir Qaziantepdən, HÜDA PAR-ın mətbuat aktibi Serkan Ramanlı Batmandan, HÜDA-PAR-ın İdarə Heyətinin üzvü Faruk Dinç ise Mersindən AKP-nin siyahısı ilə deputatlığa namizəd olublar.
Göründüyü kimi, Ərdoğan bu partiyanın 4 rəhbər şəxsinə deputat mandatı qazanmaq üçün yol açıb.
Yeri gəlmişkən, bu partiya dünyanın terror təşkilatı kimi tanıdığı, ancaq İranın ciddi dəstək veridyi Hizbullahı legetim təşkilat kimi qəbul edir.
Bundan başqa, HÜDA PARa Türkiyənin federativ dövlətə çevrilməsini, kürd və digər dillərin də rəsmi dil olmasını tələb edir.
Cumhur İttifaqındakı digər problem isə Dövlət Baxçalının MHP partiyası ilə bağlıdır.
Qeyd edək ki, MHP ittifaqdakı partiyaların namizədlər siyahısının formalaşmasını gözləmədən fərdi qaydada öz siyahısını hələ 4 gün əvvəl açıqlayıb. Bu barədə həmin vaxtı açıqlama verən Baxçalının sözlərindən belə anlaşılmışdı ki, ya Ərdoğanla vahid siyahı məsələsini razılaşdıra, ya da tələb etdiyi kontenjanı ala bilməyib.
Diqqətçəkən məqamlardan biri də budur ki, Mustafa Dəstəçi müsahibəsində ittifaqın tək siyahı ilə getməsinə Baxçalının problem yaratmasına işarə vurub...
Son olaraq, dünən deputatlığa namizədlərin siyahısının açıqlamasından sonra AKP-nin bu dəfə namizədliklərini irəli sürmədiyi 285 deputatından 181-i arasından da narazılıq edənlər var. Hətta onlardan jurnalist Mehmet Metiner Tviter-də paylaşımlar edərək, "üsyan bayrağı" qaldırıb.
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi