Rəhim Hüseynov 12 gün əvvəl elmi iş müdafiə edib

img

12-05-2014 [13:43]



 AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının "İnnovasiya” şöbəsinin rəisi, İqtisadi İnkişaf Nazirliyinin keçmiş departament direktoru Rəhim Hüseynov qəflətən vəfat etməsi elm adamlarını da dərindən kədərləndirib.

 Mia.az xəbər verir ki bu gün səhər dünyasını dəyişən Rəhim Hüseynov 12 gün əvvəl fəlsəfə elmi doktoru dərəcəsini müdafiə edibmiş: «O, aprelin 30-da Dövlət İqtisad Universitetində həmin universitetin keçmiş rektoru Şəmsəddin Hacıyevin rəhbərliyi altında iqtisad üzrə fəlsəfə doktoru dərəcəsini müdafiə edib. Sənədlərini Ali Attestasiya Komissiyasına hazırlayırdı ki, diplomunu alsın. Amma əcəl imkan vermədi».

 Xatırladaq ki, 53 yaşında dünyasını dəyişən Rəhim Hüseynovun AMEA-nın İqtisadiyyat İnstitutuna yeni direktor təyin edilən Nazim İmanova müavin gətirilməsi məsələsi gündəm olub: «Bunun üçün onun elmi dərəcəsi xüsusi əhəmiyyət kəsb edib».

 Onu da qeyd edək ki, mərhum 1978-1983 illər ərzində Azərbaycan Neft Kimya İnstitutunda təhsil alıb. 1983-1990-cı illərdə Elmlər Akademiyasında çalışıb, 1990-cı ildən etibarən isə özəl biznesə başlayıb. 1991-1992 ci illərdə Türkiyədə təhsilini davam edərək idarəetmə üzrə magistr diplomunu alıb. 1996-cı ildə SİAR şirkətini, 2000-ci ildə Azərbaycan Marketinq Cəmiyyətini son illərdə isə bir neçə başqa şirkətləri qurub.

 2002-2004 ci illər ərzində İqtisadı İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin rəhbəri, 2004-2006-cı illərdə isə həmin nazirliyin Antiinhisar siyasəti departamentinin direktoru olaraq çalışıb.

 Rəhim Hüseynov ötən il Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Mərkəzi Aparatının "İnnovasiya” şöbəsinin rəisi vəzifəsinə təyin edilmişdi. Mərhumun bir qızı var.

 Allah rəhmət eləsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA