İranın Azərbaycandakı agentura şəbəkəsi və ya 4 diplomatla bağlı gizlinlər... - Politoloqdan şərh
07-04-2023 [14:07]
Son iki gün ərzində Azərbaycan İrana və İranın ölkəmizdəki agentura şəbəkəsinə ciddi zərbələr vurub.
Bu barədə Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirib:

TURAN RZAYEV
"İkincisi, İran səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan edildi və 48 saat ərzində ölkəni tərk etmələri tələb olunub.
İranın Azərbaycanda casus şəbəkəsinə bu ölkənin səfirliyi tərəfindən dəstək verildiyi fikri həmişə olub. Keçirilən son əməliyyatlar isə sadəcə bunun rəsmi şəkildə elan edilməsidir. Bu istiqamətdə ilk ciddi əməliyyat ötən ilin noyabrında baş tutdu. DTX-nın keçirdiyi əməliyyat nəticəsində İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Əməliyyat sonrası verilən rəsmi məlumatda açıq şəkildə bildirilmişdi ki, “İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər”. Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi son birgə əməliyyat nəticəsində isə İranın Azərbaycandakı agentura şəbəkəsinə lazım olan təbliğat vasitələrini təmin edən şəxslərin adı müəyyənləşdi. Söhbət Azərbaycanın arzuolunmaz şəxs elan etdiyi və 48 saat ərzində ölkəni tərk etmələrini tələb etdiyi İran səfirliyinin əməkdaşından gedir. Mümkündür ki, əslində həmin 4 şəxsin kimliyi hələ ötən ilin noyabr ayında DTX-nın keçirdiyi əməliyyatlar zamanı bəlli olmuş, sadəcə onların “persona-non-qrata” elan edilməsi üçün faktların toplanması baxımından bir müddət gözlənilmişdi".
Politoloq bildirib ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılan şəxslər arasında bir şəxs xüsusilə diqqət çəkir:
"Söhbət 1955-ci ildə Astara rayonunda anadan olan Axundzadə Rufulla Höccətullah oğlundan gedir.
Bu şəxs 1995-ci ildə İranla əlaqələrinə görə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilən İslam Partiyasının sədr müavini olub. 2011-ci ildə Rufulla Axundzadə yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən müxtəlif təyinatlı silah-sursat aşkarlanıb. Rufulla Axundzadə “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıq aldığını da etiraf edib. Mümkündür ki, o bu etirafı edərkən tapşırıq aldığı şəxslərin də adını deyib. Rufulla Axundzadənin arzuolunmaz şəxs elan edilən İran səfirliyinin 4 əməkdaşı barədə də informasiya verməsi mümkündür".
Turan Rzayev deyir ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat hazırda İran mediasında geniş şəkildə tirajlanır: "Ənənəvi olaraq bu hadisə də Azərbaycanın guya dinə qarşı tədbirlər görməsi kontekstində təqdim edilir, etməyə çalışır.
Əslində, İran mediasının məsələni bu qədər geniş şəkildə tirajlaması və yer verməsi rəsmi Tehranın son əməliyyatlardan ciddi şəkildə narahat olduğunu göstərir. Bu narahatlıq da əbəs deyil:
Birncisi, İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar Tehranın əl-qolunu bağlayır. Agentura şəbəkəsinin üzvlərinin bir-bir ifşa edilməsi molla rejiminin ideoloji təsirində olan bir çox insanın Tehrana qarşı məsafəli olması ilə nəticələnə bilər.
İkincisi, İran səfirliyin əməkdaşlarının agentura şəbəkəsini koordinasiya etməsi faktı artıq bəllidir və rəsmi Bakı bunu əsas gətirib bütövlükdə İranın diplomatik korpusunu ölkədən çıxara bilər. Bu isə İran agentura şəbəkəsi ilə koordinasiyanın kəsilməsi deməkdir.
Üçüncüsü, rəsmi Bakı İran səfirliyinin 4 əməkdaşı Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə “persona-non-grata” elan etdi. Bu həm də digər səfirlik əməkdaşlarını, habelə səfirliyin xidməti maşınlarının yoxlanmasını leqallaşdırır".
Lamiyə
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi