Prezidentlər Leyla Yunus və jurnalistlə bağlı suala cavab verdi

img

12-05-2014 [13:00]


Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyev "Frans-Press” agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar. 

 
 APA xəbər verir ki, Fransa prezidenti bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur.
 
F. Olland deyib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.
 
Prezident İlham Əliyev bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir: "Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir”.
 
Qeyd edək ki, "Frans-Press” agentliyi prezidentlərin görüşündə Leyla Yunus və Rauf Mirqədirovla bağlı məsələnin müzakirə olunub-olunmadığı, bu şəxslərlə bağlı hansı qərara gəlindiyi ilə bağlı sual ünvanlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA