Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına qoşulub
06-04-2023 [19:42]
Azərbaycan “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasına qoşulub.
Mia.az xəbər verir ki, “Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Avropa Konvensiyasının müvafiq sorğuların elektron qaydada göndərilməsini, dindirmələrin videokonfrans vasitəsilə aparılmasını, Konvensiyanın əhatə dairəsinin genişləndirilməsini və s. məsələləri özündə ehtiva edən İkinci Əlavə Protokolunun cinayətkarlıqla mübarizədə səmərəliliyin və operativliyin artırılmasında əhəmiyyəti nəzərə alınaraq Azərbaycan tərəfindən həmin sənədə qoşulması qərara alınıb.
Bununla əlaqədar dövlətimiz adından bu sənədi imzalamaq üçün ölkə başçısı tərəfindən verilmiş səlahiyyətə əsasən Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Strasburqa səfəri çərçivəsində Avropa Şurası Baş katibinin müavini Byorn Berqenin və digər məsul şəxslərin iştirakı ilə həmin Protokolun imzalanması mərasimi keçirilib.
Sonra keçirilmiş görüşdə ədliyyə naziri tərəfindən Avropa Şurası ilə əməkdaşlıqda ölkəmiz üçün 2022-2025-ci illər üzrə qəbul edilmiş Fəaliyyət Planının implementasiyası çərçivəsində Avropa məhkəməsi qərarlarının icrası ilə bağlı layihənin həyata keçirildiyi vurğulanıb, ədliyyə, o cümlədən penitensiar, habelə məhkəmə sistemində aparılan və beynəlxalq aləmdə təqdir olunan islahatlar və yeniliklər barədə verilmiş məlumat maraqla qarşılanıb.
Baş katibin müavini B.Berqe Avropa Şurasının ölkəmizlə əməkdaşlığının yüksək səviyyəsini qeyd edərək may ayında Avropa Şurası tərəfindən üzv dövlətlərin başçılarının Sammitinin keçiriləcəyini bildirib.
Söhbət zamanı Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızın Ermənistan tərəfindən büsbütün minalanmasına toxunularaq mina terroru nəticəsində 300-ə qədər Azərbaycan vətəndaşının həlak olduğu və ya yaralandığı bildirilib, bununla bağlı ANAMA tərəfindən hazırlanmış xüsusi kitab təqdim edilib.
Səfər çərçivəsində Strasburqda İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin sədri xanım Siofra O’Liri ilə ikitərəfli görüş keçirilib.
Azərbaycan və Avropa Məhkəməsi arasında səmərəli əməkdaşlığın qeyd olunduğu görüşdə ölkəmizdə həyata keçirilən mütərəqqi məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verilib. Həmçinin, ədalət mühakiməsinin həyata keçirilməsində beynəlxalq normaların, o cümlədən Məhkəmənin presedent hüququnun tətbiqinə xüsusi önəm verildiyi bildirilib, bu məqsədlə bir çox milli təlimçilərin hazırlanması, hakimlərin, hakimliyə namizədlərin və digər hüquqşünasların tədrisində beynəlxalq ekspertlərin, o cümlədən Avropa Məhkəməsi hakimlərinin iştirakı, həmin Məhkəməyə tədris səfərlərinin faydası qeyd edilib. Avropa Məhkəməsinə uzun müddət ezam olunan hakimlərimizin beynəlxalq təcrübəyə yiyələnməsinin əhəmiyyəti vurğulanıb.
Eyni zamanda Avropa Məhkəməsinin qarşısında duran çağırışlar, o cümlədən yüksək iş yükü və bu problemin həlli yolları barədə fikir mübadiləsi aparılıb, digər maraq doğuran məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov və Avropa Məhkəməsinin Azərbaycandan olan hakimi Lətif Hüseynov iştirak ediblər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi