9 illik təhsil bazasından kolleclərə sənəd qəbulu başladı

img

12-05-2014 [11:41]


Bu gün ümumi təhsil bazasında 9 illik) orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə qəbulu başlayıb və iyunun 12 dək davam edəcək. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Modern.az-a verilən məlumata görə, ərizə vermək istəyən abituriyentlər mayın 12-dən etibarən TQDK-nın internet saytının müvafiq bölməsinəhttp://eservices.tqdk.gov.az/erizetex/daxil olub şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə qeydiyyatdan keçir , iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə "Abituriyentin elektron ərizəsi” ni doldurur və elektron ərizələrinin təsdiqini təmin edirlər.

Azərbaycan Respublikasının orta məktəblərində 9-cu sinfi 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini "Təsdiq et” düyməsini basmaqla özləri təsdiq edirlər.

Digər abituriyentlər isə elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməlidirlər. Elektron ərizələrini SQK-larda təsdiq etdir¬məli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:
1. internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdikləri iş nömrəsi və şifrini;
2. ümumi orta təhsil haqqında sənədin (şəhadətnamənin) əslini;
3. şəxsiyyəti təsdiq edən sənədin əslini:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
4. 16 yaşı mayın 12-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı (Əlavə 1)* və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.
SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək bu ünvanlarda fəaliyyət göstərəcəklər:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı daha ətraflı məlumatlar 3 saylı "Abituriyent” jurnalında təqdim olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA