Hacı Mirəziz Seyidzadə dünyasını dəyişdi

img

12-05-2014 [11:36]


Azərbaycanın böyük İslam alimi, Qafqaz Müsəlmanları İdarəsi Fətva şöbəsinin müdiri Hacı Mirəziz Seyidzadə dünən axşam 1 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. 

Mia.az Modern.az-a istinadən xəbər verir ki, Hacı Mirəziz Seyidzadənin yaxınlarının verdiyi xəbərə görə, mərhum 4 gün insult diaqnozu ilə koma vəziyyətində olub. Qeyd edək ki, dünən axşam mərhumun cənazəsi doğulub boya-başa çatdığı Türkoba kəndinə aparılıb.

Xatırladaq ki, Hacı Mirəziz Seyidzadə bu gün saat 11:00-da həmin kənddə dəfn olunacaq. 

Allah rəhmət eləsin!


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA