Ceyhun Bayramov Milli Komissiyalarının baş katibləri ilə görüşüb
04-04-2023 [16:57]
Xarici işlər naziri Ceyhun Bayramov ADA Universiteti, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası və İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən təlimdə iştirak məqsədilə Azərbaycana səfər edən UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth və Qvineya Respublikası, Konqo, Kot-d’İvuar, Niger, Benin, Toqo, Burkina Faso, Ekvatorial Qvineya, Cibuti, Qabonun UNESCO üzrə Milli Komissiyalarının baş katibləri ilə görüşüb.
Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, görüşdə Azərbaycan və Afrika ölkələri arasında çoxtərəfli, o cümlədən UNESCO çərçivəsində əməkdaşlıq gündəliyində duran məsələlər müzakirə olunub.
C.Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyinin əlaqələrin daha da inkişafına töhfə verdiyini bildirərək Azərbaycanın cari ilin mart ayında Bakıda keçirilən QH-nın COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Afrikanın və inkişaf edən kiçik ada dövlətlərinin pandemiyadan sonrakı bərpasına dəstək göstərmək məqsədilə 2 fond üzrə qlobal çağırış bəyan etdiyini diqqətə çatdırıb.
Ölkənin Birləşmiş Millətlər Təşkilatı (BMT) və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirən nazir bu xüsusda Azərbaycanın donor ölkə qismində təhsil, mədəniyyət, idman və elm sahələrində UNESCO ilə yaxından əməkdaşlıq etdiyini bildirib. Bu istiqamətdə əməkdaşlığın daha da genişləndirilməsi sahəsində Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün keçirilmiş təlim proqramının faydalı olacağına dair inam ifadə olunub.
Azərbaycanın COVID-19 pandemiyası dövründə qlobal təhsil koalisiyasının üzvü kimi dünyanın müxtəlif ölkələrində həyata keçirilən təhsil layihələrinə dəstək verdiyini bildirən Ceyhun Bayramov xüsusilə bir sıra ölkələrdə qızların təhsil almasına yönələn fəaliyyətlərin təşviqinin prioritet istiqamətlərdən biri olduğunu qeyd edib.
Nazir həmçinin təlim iştirakçılarını 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət, Azərbaycanın post-münaqişə dövründə bölgədə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Ermənistanla sülh prosesi barədə məlumatlandırıb. Post-münaqişə dövründə Ermənistan tərəfindən sülh prosesinə maneçilik törədən hərbi-siyasi təxribatların törədilməsinə baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində qərarlı olduğu diqqətə çatdırılıb.
UNESCO-nun Əddis-Əbəbədəki Ofisinin rəhbəri Rita Bissoonauth Afrikanın 10 ölkəsinin UNESCO üzrə Milli komissiyalarının baş katibləri üçün nəzərdə tutulmuş təlim proqramının təşkilinə görə təşəkkür edib. Sözügedən təlim proqramının UNESCO çərçivəsində Azərbaycan və Afrika ölkələri arasında əlaqələrinin genişləndirilməsində mühüm rol oynayacağı diqqətə çatdırılıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi