İran Təbrizdəki Konsulluğumuza təxribata hazırlaşır? - Politolqodan sensasion açıqlamalar
04-04-2023 [14:19]
Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında təxribat xarakterli addım atılıb. Belə ki, SEPAH-ın dəstəyi ilə yaranan “Hüseyniyyun” terror qruplaşmasının üzvləri “bayraqlarını” konsulluğumuzun qarşısına səriblər.
Mİa.az-ın məlumatına görə, qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”.
Məsələ iləə bağlı Mia.az-a açıqlama verən politoloq Turan Rzayevin sözlərinə görə, onsuz da gərgin olan İran-Azərbaycan münasibətləri 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumundan sonra kritik həddə çatıb:

TURAN RZAYEV
"Rəsmi Bakı haqlı olaraq hadisənin baş verməsində İran hakimiyyətini günahlandırdı və Tehrandakı diplomatik missiyasını dayandırmaq qərarına gəldi. Səfirliyin əməkdaşları ailə üzvləri ilə birlikdə yanvarın 29-da Bakıya gətirildi. Bununla belə, Bakı Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Belə ki, Azərbaycan Tehrandakı diplomatik missiyasını dayandıraraq terakt ilə bağlı İrana etirazını bildirdi. Təbrizdəki Baş Konsulluğun bağlanması isə həm İrandakı vətəndaşlarımızı, həm də 40 milyondan artıq soydaşımızın taleyinin rejimin insafına buraxmaq demək olardı. Buna görə də rəsmi Bakı Tehrandakı səfirliyimizdə törədilən terakta baxmayaraq, Təbrizdəki Baş Konsulluğun fəaliyyətini dayandırmadı. Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun qarşısında törədilən təxribat isə xəbərdarlıq mahiyyəti daşıyır. Mümkündür ki, bu təxribatı Tehrandakı səfirliyimizdə olduğu kimi silahlı hücum izləsin".
Bu sensasiyalı iddianı davam etdirən politoloqun sözlərinə görə, bunu “Hüseyniyyun” qruplaşmasının bəyanatı da təsdiq edir: "Qruplaşma bəyan edib ki, “əgər Azərbaycan konsulluğu MOSSAD-ın nümayəndəliyi olacaqsa, Azərbaycan hüseynçiləri buna imkan verməyəcək”. Qruplaşmanın bəyanatındakı “MOSSAD nümayəndəliyi” ittihamı və “Azərbaycan hüseynçiləri” nüansı diqqət çəkir. Tehran rejimi faktiki olaraq zəhərli ideologiyası ilə beyni yuyulmuş etnik azərbaycanlılar vasitəsilə təxribat hazırlayır. Qruplaşmanın bəyanatındakı “Azərbaycan hüseynçiləri” nüansı buna dəlalət edir".
Turan Rzayev deyir ki, “MOSSAD nümayəndəliyi” ittihamı isə konsulluğumuza silahlı hücumun ola biləcəyini göstərir: "Nəzərə alsaq ki, İran hakimiyyəti beynəlxalq hüququ açıq şəkildə tanımır və artıq bir dəfə səfirliyimizə silahlı hücum təşkil edib, o zaman konsulluğumuza da bənzər hücumun gerçəkləşməsini ehtimal etmək olar".
Samir Musayev
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi