Azərbaycan və İtaliya XİN-ləri arasında məsləhətləşmələrin növbəti raundu keçirilib
04-04-2023 [12:16]
Aprelin 3-də Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Mia.az XİN-ə istinadla bildirir ki, siyasi məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında ənənəvi dostluğa və qarşılıqlı etimada əsaslanan çoxölçülü strateji tərəfdaşlıq və onun gücləndirilməsi perspektivləri, siyasi, ticari-iqtisadi, energetika, müdafiə və təhlükəsizlik, nəqliyyat, logistika, humanitar, mədəniyyət, təhsil sahələrində əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilib.
X.Xələfov münasibətlərin hazırkı yüksək səviyyəsinin təmin olunmasında son illərdə yüksək səviyyəli siyasi dialoqun davam etməsinin, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya, İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərlərinin xüsusi rol oynadığını vurğulayıb.
2020-ci ildə iki ölkə arasında imzalanmış Çoxölçülü strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamənin, habelə müxtəlif sahələrdə əməkdaşlığa dair imzalanmış sənədlərin, eləcə də çoxsaylı hökumət və parlament nümayəndə heyətlərinin səfərlərinin və birgə olaraq həyata keçirilmiş bir sıra strateji layihələrin əhəmiyyəti qeyd olunub.
E.Çirielli iki ölkə arasında mövcud olan çoxölçülü strateji tərəfdaşlıqdan məmnunluqla danışaraq münasibətlərin hazırkı səviyyəyə yüksəlməsinin Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olduğunu bildirib. Azərbaycanın bölgədə mərkəzi rola malik olduğunu, iki ölkə arasında geniş spektrli iqtisadi gündəliyin mövcudluğunu, uzun illər Azərbaycanın İtaliya üçün mühüm enerji təchizatçısı olduğunu, Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəmərinin fəaliyyətə başlamasından sonra Azərbaycanın İtaliyanın enerji təhlükəsizliyindəki rolunun daha da artıdığını diqqətə çatdırıb.
Azərbaycanda uzun illər çoxsaylı italyan şirkətlərinin uğurla fəaliyyət göstərdiyini, iki ölkənin həyata keçirdiyi layihələrin bölgədə və ondan kənarda əməkdaşlığın və inkişafın təmin olunmasındakı əhəmiyyətini vurğulayıb.
X.Xələfov görüş zamanı Vətən müharibəsindən sonrakı dövrdə bölgəmizdə yaranmış yeni reallıqlar, davamlı sülhün və sabitliyin bərqərar olunması, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa işləri haqqında qarşı tərəfə ətraflı məlumat verib və bu layihələrdə İtaliya şirkətlərinin fəal iştirakının dostluğun bariz nümunəsi olduğunu bildirib. Azərbaycan və Ermənistan arasında münasibətlərinin normallaşması istiqamətində iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının, dövlət sərhədlərinin delimitasiyası və kommunikasiyaların açılmasının zəruri olduğunu diqqətə çatdırıb, Ermənistanın qeyri-konstruktiv mövqeyinin və öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsinin Cənubi Qafqazda sülh quruculuğuna təhlükə yaratdığını qeyd edib.
E.Çirielli Azərbaycanın bölgədə sülhün bərqərar olunması istiqamətində səylərinin təqdirəlayiq olduğunu, Cənubi Qafqazda davamlı sülhün təmin olunmasının vacibliyini qeyd edərək bu xüsusda İtaliyanın müvafiq töhfələr verməyə hazır olduğunu bildirib.
Siyasi məsləhətləşmələrdə iki ölkə arasında humanitar sahələrdə əməkdaşlıqdan məmnunluq ifadə olunub, Heydər Əliyev Fondunun mühüm rola malik olması vurğulanıb. Bakıda İtaliya-Azərbaycan Universtetinin yaradılmasının, Romada Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlamasının tərəfdaşlığın şaxələndirilməsindəki əhəmiyyəti qeyd olunub.
Məsləhətləşmələrdə, habelə regional və beynəlxalq gündəlikdə dayanan qarşılıqlı maraq kəsb edən digər mövzular, çoxtərəfli formatlarda əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb, strateji dialoqun və hökumətlərarası komissiyanın növbəti iclaslarının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi