Rabitədə ciddi struktur islahatı başlayır; Əli Abbasovun müavinlərinin sayı artır - Özəl

img

11-05-2014 [21:18]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin adının dəyişdirilməsi və nazirliyin tabeliyində bir neçə dövlət qurumunun yaradılması haqda Prezident İlham Əliyevin sərəncamlarından sonra sözügedən mərkəzi hakimiyyət orqanının Əsasnaməsində köklü dəyişikliklər üzərində işlənilir. Yaxın bir ay ərzində yenilənmiş Əsasnamə Nazirlər Kabineti tərəfindən Prezident Administrasiyasına təqdim ediləcək.

Bu məlumat Mia.az-a Nazirlər Kabinetindəki işçi qrupundan daxil olub.

Məlumatda bildirilir ki, nazirliyin yeni əsasnaməsində idarəetmədəki oprerativliyin artırılması istiqamətində aparılacaq struktur islahatlarından tutmuş, səlahiyyət bölgüsünə qədər hər bir xırda detallar üzərində mütəxəssislər işləyirlər: «Deyə bilərəm ki, nazirliyin strukturunda əsaslı dəyişiklik aparılacaq. Bir sıra iri müəssisələr birləşdiriləcək. Bu birləşdirilmə və dəqiq səlahiyyət bölgüsü nazirliyin aparatında da özünü göstərəcək».

Mia.az-a verilən məlumata görə, yeni əsasnamədə nazir Əli Abbasovun müavinlərin sayı da artırılacaq: «Hələlik işçi qrupu bu məsələdə yekun rəyə gələ bilməsə də, nazirliyin yeni əsasnaməsində müavinlərin sayı 2-dən minimum 4-ə qaldırılacaq. Amma ola bilər ki, nazir müavinlərinin sayı 5 də olsun».

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA