Naxçıvanda bayram konserti qana boyandı - Faciə

img

11-05-2014 [20:35]


Naxçıvan Muxtar Respublikasında "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunmuş bayram konsertində beton pillələrin çökməsi nəticəsində bədbəxt hadisə baş verib. Yaralılar olduğu bildirilir.


Aktual.az-ın əldə etdiyi məlumata görə, hadisə təxminən saat 21.30 radələrində baş verib. 

Məlumatda bildirilir ki, yeni təmirdən çıxmış Tarix-Memarlıq Kompleksinin keçidində dayanıb konsertə tamaşa edən şəhər sakinlərinin ayağının altından beton pillələr uçub. Nəticədə bir neçə şəhər sakini ciddi xəsarət alıb.

Baş vermiş bədbəxt hadisədən sonra konsert yarımçıq dayandırılıb. Hadisədə yaralananlar Naxçıvan Diaqnostika Mərkəzinə və Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA