Şirvanda şəhid ailələri ilə görüş keçirilib
31-03-2023 [11:43]
Şirvan şəhərində 31 mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş ümumşəhər tədbiri və ənənəvi olaraq ayın sonuncu cümə axşamı şəhid ailələri ilə görüş keçirilib.
Mia.az xəbər verir ki, Şirvan şəhərində 31 mart-Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ümumşəhər tədbirində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri iştirak edib.
Tədbir iştirakçıları Şirvan Şəhidlər xiyabanını ziyarət edib, Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin və “Şəhid anası” memorial abidə kompleksinin önünə tər gül dəstələri düzüb.
Sonra “Şəhid anası” memorial abidə kompleksinin önündə 31 mart-Azərbaycanlıların soyqırımı qurbanlarına həsr olunan xatirə lövhəsinin önündə faciə qurbanlarının və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, ermənilərin Azərbaycan xalqına, türk dünyasına qarşı 200 ilə yaxın dövrü əhatə edən soyqırım siyasəti haqqında məlumat verib. Xalqımızın ermənilər tərəfindən təkcə ötən əsrdə 4 dəfə soyqırıma və deportasiyaya məruz qaldığını xatırladıb. Minlərlə azərbaycanlının xüsusi amansızlıqla, o dövrə qədər görünməyən işgəncələrlə qətlə yetirildiyini, on minlərlə insanın yurd-yuvasından didərgin salındığnı, yüzlərlə kəndlərimizin yandırılaraq xarabalığa cevrildiyinı, memarlıq incilərinin, məktəblərin, xəstəxanaların, məscid və digər abidələrin dağıdıldığını söyləyib. Ermənilərin 1988-ci ildə daha böyük iddia ilə azərbaycanlılara qarşı təcavüzə başlamasından, Sumqayıt hadisələrindən, 20 Yanvar, Xocalı faciələrindən bəhs edib. Birinci Qarabağ müharibəsində bir milyondan artıq azərbaycanlının öz tarixi torpaqlarından qovularaq məcburi qaçqın və köçkün həyatı yaşamağa məhkum olduğunu bildirib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra 1918-ci ilin mart qırğınlarına dövlət səviyyəsində siyasi qiymət verildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin, ermənilərin ərazi iddialarının, azərbaycanlılara qarşı törətdikləri soyqırımların miqyasının dünya ictimaiyyətinə çatdırılması üçün ötən illər ərzində geniş tədbirlər həyata keçirildiyini vurğulayıb. Aparılan düzgün dövlət siyasətinin nəticəsində, iqtisadiyyatımızın və ordumuzun müdafiə qüdrətinin güclənməsi sayəsində 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun başladığı 44 günlük Vətən müharibəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyulduğunu və ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyini diqqətə çatdırıb. Soyqırım qurbanlarına və bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.
Millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, şəhid atası Alim Zülfüqarlı 31 Mart Soyqrımının hətta dünya miqyasında kəskin tənqid edildiyini, xalqımızın qan yaddaşına əbədi həkk olunduğunu, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu faciələrin anılmasının əhəmiyyətinin vacibliyini vurğulayıblar. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Zəfərdən, ölkəmizin hərbi, iqtisadi sahədə qüdrətlənməsindən, beynəlxalq münasibətlərdə və diplomatik görüşlərdə nüfuzlu mövqeyindən bəhs ediblər. Ərazi bütövlüyümüzün, müstəqilliyimizin, suverenliyimizin daimi, əbədi olmasını arzulayıblar.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ay olduğu kimi mart ayının sonuncu cümə axşamı şəhid ailələri ilə görüş keçirib. Onları narahat edən məsələlərlə maraqlanıb və çıxış etmələri üçün sözü onlara verib. Qaldırılan məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, bir qisminin həlli ilə bağlı göstərişlər verilib, digərləri ilə bağlı yerində qanunamüvafiq izahat verilib.
Tədbirdə iştirak edən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci-vitse prezident, Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Allah 31 Mart Soyqırım qurbanları başda olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin!
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi