Şirvanda “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans... - FOTOLAR
31-03-2023 [08:52]
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq, Tədbirlər planı çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin və YAP Şirvan şəhər təşkilatının birgə təşkilatçılığı ilə 30 mart 2023-ci il tarixdə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda ümumşəhər tədbiri keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkilləri Musa Quliyev, İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, ŞİHB yanında Şura üzvləri, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri, şəhid ailələrinin nümayəndələri iştirak edib.
Öncə şəhərin mərkəzi meydanında ucalan Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, Ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzülüb.
Sonra YAP Şirvan şəhər təşkilatının konfrans zalında konfrans öz işinə başlayıb.
Azərbaycan xalqının Ümummilli lideri, Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olan bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Ulu öndərin həyat və fəaliyyətindən və azərbaycançılıq məfkurəsinin geniş tətbiqindən bəhs edən video-çarx izlənilib.
Konfransı giriş sözü ilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov açıb, tədbir iştirakçılarını və qonaqları salamlayıb. Azərbaycan xalqının dövlətçilik ənənələrinin formalaşdırılmasında, azərbaycançılıq məfkurəsinin mühüm elementlərinin inkişaf etdirilməsində Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışıb. Bütün ruhu, qanı, canı ilə Azərbaycana bağlı olan Ulu öndərin cəmiyyətin bütövləşməsi, həmrəyliyin möhkəmləndirilməsi, xalqların və etnik qrupların mədəni müxtəlifliyininin həm müdafiə, həm də inkişaf etdirilməsi, vahid amal ətrafında birləşdirilməsi üçün çətin bir yol qət etdiyini diqqətə çatdırıb. İllər ötsə də Ulu öndərin hər zaman qəlblərdə yaşayacağını, bütün dövrlərin müasiri olaraq dövlətimizin gələcəyini işıqlandıracağını vurğulayıb.
Sonra millət vəkili Musa Quliyev çıxış edərək, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin, dövlətçilik təcrübəsinin, elmi-fəlsəfi baxışlarının, fenomenal dünya görüşünün dünya ölkələrində dərindən öyrənildiyini bildirib. İki müxtəlif ictimai quruluşda ölkənin rəhbəri olan və hər iki dövrdə də böyük uğurlar qazanan nadir şəxsiyyət olduğunu qeyd edib.
Ulu öndərin ölkəmizə rəhbərliyinin birinci dövründə azərbaycan dilinin əhəmiyyətinin artırılması, milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, kadrların milliləşdirilməsi, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində gördüyü işlərdən danışıb. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtıqdan sonra Azərbaycan diasporunun formalaşması, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq məfkurəsi və Azərbaycan dövləti ətrafında birləşməsi istiqamətində fəaliyyətindən bəhs edib. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq məfkurəsinin Ulu Öndərin ideyalarının layiqli davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Millət vəkili İltizam Yusifov Ulu öndər Heydər Əliyevin hələ respublikamıza birinci rəhbərliyi dövründə Azərbaycanın sosial-iqtisadi, mədəni yüksəlişi üçün həyata keçirilən tədbirlər, milli şüurun oyanışı istiqamətində görülən işlər olmasaydı, bu gün Azərbaycanın müstəqil xəttə malik suveren dövlət kimi mövcudluğunun təhlükədə olacağını düşündüyünü qeyd edib.
Ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsini, Qoşulmama Hərəkatının artıq 3-cü dəfə Azərbaycanla həmrəylik nümayiş etdirməsini və ən əsası Avropa İttifaqının Azərbaycana qarşı olan isti münasibətini əsası Umummili lider tərəfindən qoyulan diplomatiyamızın növbəti uğuru hesab etdiyini vurğulayıb.
Sonra YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid valideynləri Xuraman Əliyeva, Alim Zülfüqarov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Şirvan şəhəri üzrə KOB-un dostu Rəhman Nəcəfov, S.Hüseynov adına 1 nömrəli tam orta məktəb-liseyin direktoru Rəfiqə Rzayeva müasir Azərbaycanın Ulu öndər Heydər Əliyevin şah əsəri olduğunu, onun xalqın qəlbinə səpdiyi dövlətçilik, azərbaycançılıq, vətənpərvərlik toxumlarının 2020-ci ilin sentyabrında cücərdiyini, elə bu amalla da Müzəffər Ali Baş Komandanın Dəmir yumruğunda birşləşən rəşadətli Ordumuzun torpaqlarımızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdiynin bildiriblər.
Dövlətimizin ictimai-siyasi sabitliyinin qorunması, ölkəmizin iqtisadi potensialının daha da inkişaf etdirilməsi, qüdrətlənməsi naminə dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında bundan sonra sıx birləşəcəklərini qeyd ediblər.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olmuş bir qrup şəxsə partiya vəsiqələri təntənəli surətdə təqdim olunub.
Ləman
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi