Qaradağda daha bir tədbir, İcra başçısı və məmurlar ziyarətdə! - FOTO

img

10-05-2014 [15:55]


Lökbatan qəsəbəsində Heydər Əliyev parkında Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar abidəsi önünə əklilqoyma mərasimi keçirilib. 

Mia.az-a Rayon İcra Hakimiyyətindən daxil olan məlumata görə, mərasimdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, başçının müavinləri, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri düzüblər. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildiriblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA