Azərbaycan və İspaniya arasında hökumətlərarası işçi qrupun yaradılır - Krallıq Bakıda səfirlik açacaq
30-03-2023 [12:37]
Azərbaycan və İspaniya arasında hökumətlərarası komissiyanın və ya işçi qrupun yaradılması, İspaniya Krallığının Azərbaycanda səfirliyinin təsis edilməsi məsələləri müzakirə olunub.
Mia.az xəbər verir ki, müzakirələr iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İspaniya Krallığına səfəri çərçivəsində İspaniya Parlamentinin Deputatlar Konqresinin İqtisadi məsələlər komitəsinin rəhbəri Selso Luis Delgado Ars və Sənaye, ticarət və turizm komitəsinin rəhbəri Xuan Kapdevila ilə keçirilən görüşdə aparılıb.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təminatında etibarlı tərəfdaş olduğunu diqqətə çatdıran E. Əliyev ispan parlamentarilərə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin mövcud vəziyyəti barədə məlumat verib, qarşılıqlı ticarət dövriyyəsinin həcminin 1 milyard ABŞ dollardan çox təşkil etdiyini, İspaniyanın Azərbaycanın əsas 10 ticarət tərəfdaşlarından biri olduğunu vurğulayıb.
Bildirilib ki, ticarət əlaqələrinin şaxələndirilməsi iqtisadi gündəliyimizin prioritet istiqamətlərindəndir və bu sahədə əməkdaşlığın inkişafı üçün real imkanlar mövcuddur. Görüşdə, həmçinin, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin yaxşılaşdırılması, ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri və qarşıya qoyulan hədəflərə nail olunması istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb.
Deputatlar Konqresinin komitə rəhbərləri ölkələrinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, əlaqələrin daha da intensivləşdirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsinin perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda Azərbaycanda İspaniyanın nümayəndəliyi fəaliyyət göstərir, viza üçün təqdim olunan müraciətlərə isə Fransa səfirliyi tərəfindən baxılır.
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi