Prezidentin nəvələri yürüşdə - FOTOLAR

img

10-05-2014 [14:31]


Mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Bakıda klassik avtomobillərin yürüşü keçirilib.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısından start götürən və Azadlıq meydanında başa çatan yürüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Arzu Əliyeva və Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov iştirak ediblər.

Klassik avtomobillərin yürüşü paytaxt Bakıda Azərbaycan Avtomobil Federasiyasının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə açılacaq sərgi çərçivəsində keçirilib.

Heydər Əliyev Mərkəzində maraqlı məkan dizaynı ilə fərqlənəcək sərgidə vətəndaşlar da öz şəxsi klassik avtomobillərini nümayiş etdirə bilərlər. Sərgi müddətində şəxsi klassik avtomobillərini nümayiş etdirmək istəyən vətəndaşlar avqustun 5-dək avtomobilləri barədə məlumatı Azərbaycan Avtomobil Federasiyasının info@faa.azelektron ünvanına göndərə bilərlər.


şərh yaz


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA