Deputata sui-qəsd izi... - Təhlil
29-03-2023 [15:03]
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputat Fazil Mustafaya qarşı silahlı hücumun terror olduğunu rəsmi şəkildə elan etdi. Hələlik terrorun təşkilatçısının kimlər olduğu və hansı ölkə tərəfindən törədildiyi açıqlanmasa da bütün izlər İranı göstərir.
Sui-qəsdin İran tərəfindən öncədən planlandığı və icra edildiyini göstərən konkret izlər var:
Birincisi, DTX-nın İran casusları ilə bağlı yayımladığı videoda saxlanılan şəxslər tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı aldıqlarını etiraf etdi. Bu etiraf əslində hadisənin öncədən planlandığını sübut edir.
İkincisi, hadisə sonrası “Hüseniyyun” qruplaşması bəyanat yayıb. Bəyanatda diqqətçəkən məqam odur ki, qruplaşma məsuliyyəti üzərinə götürməsə də qeyd edir ki, “Sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib və onlar mütləq müsəlmanlardan ağır şillə yeyəcəklər”.
“Hüseniyyun” qruplaşması hər nə qədər məsuliyyəti üzərinə götürməsə də bəyanatda qeyd edilən məqamlar hadisəni törədən şəxsin məhz Hüseniyyunçu olduğunu göstərir.
Üçüncüsü, hadisədən sonra sosial şəbəkənin Azərbaycan seqmentində İran agenturasının təsiri altında olan şəxslərin hadisədən sevinc duyduqlarını əks etdirən paylaşımlar etməyə başlayıblar. Bu tip paylaşım edən insanların profillərinə nəzər saldıqda İran dini lideri Əli Xomeyninin, Qasım Süleymaninin və ya şiə müqəddəsləri ilə bağlı foto, video paylaşımlarının edildiyini görmək mümkündür. Dostluğundakı şəxslərə baxdıqda isə eyni məzmunlu paylaşımlar edən bənzər şəxslərin olması diqqət çəkir. Bu da onu deməyə əsas verir ki, İran Azərbaycandakı agentura şəbəkəsini bu istiqamətdə təlimatlandırıb və aktivləşdirib.
Dördünücüsü, hazırda İranın əksər saytları, televiziya kanalları Fazil Mustafaya qarşı terror hücumunu geniş şəkildə tirajlayır. Diqqətçəkən məqam isə “o qatı şiə düşmənidir” tezisinin qabardılmasıdır. İran bu yolla həm də hadisəni leqallaşdırmağa çalışır.
Beşincisi, Fazil Mustafaya “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Maraqlıdır ki, bir müddət öncə Azərbaycanın İrandakı səfirliyinə edilən hücumda da “Kalaşnikov” markalı avtomatdan istifadə edilmişdi. Hər iki hadisədə də “Kalaşnikov” avtomatının istifadə edilməsi hadisənin İran tərəfindən törədildiyinə dəlalət edir.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi