10-05-2014 [14:21]
Mia.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib. Nazir müavini bildirib ki, Penitensiar Xidmətin bəzi əməkdaşları cəzaçəkmə müəssisələrinə mobil telefonlar, hətta narkotik vasitələr keçirirlər: "Bəzi əməkdaşlarımız müəyyən neqativ məqsədlərlə cəzaçəkmə müəssisələrinə mobil telefonlar keçirirlər. Amma onların hamısı vaxtlı-vaxtında ifşa olunur. Bu işdə "rolu" olan əməkdaşlar təbii ki, Xidmətdən xaric olunurlar. Penitensiar Xidmətdə işlədiyim bu 3 il ərzində elə hallar olub ki, əməkdaşlarımız özləri də "içəri"yə narkotik vasitələr keçiriblər və buna görə saxlanılıblar. Həmin cinayət faktları ilə bağlı materiallar toplanaraq prokurorluğa göndərilir. Artıq onların özləri cəzaçəkmə müəssisəsində məhkum kimi saxlanılırlar. Onların arasında zabit və gizirlər də var".
Xidmətin rəisi qeyd edib ki, narkotik vasitələrin penitensiar müəssisələrə keçirilməsinin qarşısının alınması üçün qanun çərçivəsində tədbirlər görülür. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinə gizli yolla keçirilməsinə cəhd olunan narkotik vasitələrin çoxu narkotik aludəçisi olan məhkumlar üçün nəzərdə tutulur: "Məhkumların müəyyən hissəsi narkotiklərlə əlaqədar saxlanılıblar. Təbii ki, onlar narkomandırlar və narkotik vasitələrə düçardırlar. Öz qohumları və dostlarından daim narkotik istəyirlər. Bu bir daha onu göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanları yüksək səviyyədə və düzgün işləyir. Narkomanlar tutulur, onlara qanuni hökm oxunduqdan sonra cəzaçəkmə müəssisəsində saxlanılırlar".
M.Quliyev məhkumlara gizli yolla qanunsuz rabitə vasitələrinin keçirilməsi cəhdlərinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən də danışıb: "Təbii ki, məhkumlar da istəyirlər ki, onların mobil telefonları olsun və istədikləri an müəyyən zənglər edə bilsinlər. Amma qanun buna yol vermir. Çünki məhkum cəmiyyətdən təcrid olunub. Məhkumların bəziləri o telefonlardan cinayət məqsədi ilə də istifadə edə bilərlər. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən göstəriş verilib, qanunlara dəyişikliklər edildi. Məhkumlara iki dəfə zəng vurmaq imkanı artırıldı. Buna baxmayaraq, müəyyən məhkumların telefon əldə etmək istəyi yenə də qalır. Bəziləri bunu əldə edir də. Biz bununla mübarizə aparırıq. Onlar əməkdaşlarımız tərəfindən tapılır və götürülür. Bu telefonları məhkumlara daha çox onların qohumları və dostları, qanuni yolla görüşə gələn adamlar gizli şəkildə içəri keçirirlər".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi