Əli Nağıyev DTX-nin yaradılmasının 104 illiyində: "Ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur" - FOTO
28-03-2023 [19:03]
Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104 illiyi təntənəli şəkildə qeyd edilib.
Mia.az xəbər verir ki, bu barədə DTX-nin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı müvafiq sərəncamla 28 mart tarixi Azərbaycan Respublikasının təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi təsis edilib.
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü və peşə bayramı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin rəhbər əməkdaşları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək önünə əklil qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilərək məzarı üzərinə gül dəstələri düzülüb.
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Şəhidlər xiyabanını da ziyarət etmiş, qəhrəman Vətən övladlarının və Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuş təhlükəsizlik orqanları əməkdaşlarının məzarlarının üzərilərinə gül dəstələri düzülüb, Xidmətin adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Tədbirin DTX-nin akt zalında keçirilmiş rəsmi hissəsində DTX-nin rəhbər şəxsləri və əməkdaşları, Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları iştirak ebiblər.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra DTX-nin rəisi general-polkovnik Əli Nağıyev çıxış edərək şəxsi heyətə və veteranlara peşə bayramı münasibətilə təbriklərini çatdırıb. Xidmət rəisi bir əsrdən çox yaşı olan təhlükəsizlik orqanlarının təşəkkülündən geniş söhbət açıb, bu orqanların inkişafında və milli maraqlara xidmət edən təşkilat kimi formalaşmasında Ulu Öndərin əvəzsiz xidmətlərini qeyd edib. Heydər Əliyevin sovetlər dönəmi kimi çətin bir vaxtda xüsusi xidmət orqanlarının milliləşdirilməsi prosesini cəsarətlə və uğurla apardığını, azərbaycanlı kadrları bu mühüm qurumda yüksək vəzifələrə irəli çəkdiyini vurğulayıb.
General-polkovnik Əli Nağıyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında və birbaşa göstərişləri əsasında fəaliyyətini müasir çağırışların tələblərinə uyğun qaydada quran DTX-də bu gün də Ümummilli Lider Heydər Əliyevin təhlükəsizlik orqanlarında təməlini qoyduğu peşəkarlıq məktəbi layiqincə davam etdirilir, Azərbaycanda sabitlik və əmin-amanlıq etibarlı şəkildə qorunub saxlanılır.
DTX-nin maddi-texniki bazasının daha da möhkəmləndirilməsindən, əməkdaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından və sosial müdafiəsinin gücləndirilməsindən də bəhs edən Xidmət rəisi bütün bunların dövlət başçısının dəstəyi nəticəsində mümkün olduğunu söyləyib.
Çıxışında dünyada gedən və ciddi təlatümlərlə müşayiət olunan geosiyasi proseslərə də toxunan general-polkovnik Əli Nağıyev Azərbaycana qonşu olan bəzi dövlətlərin hazırda respublikamızın təhlükəsizliyinə qarşı yönələn məkrli əməllərindən danışaraq qeyd edib ki, həmin dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin və təxribatlarının qarşısı qətiyyətlə alınır və ölkəmizdə hökm sürən təhlükəsizlik mühiti daima etibarlı şəkildə qorunur.
Xidmət rəisi Əli Nağıyev eyni zamanda xüsusi qeyd edib ki, Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, Azərbaycan Ordusunun rəşadəti sayəsində işğaldan azad olunmuş və hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı ərazilərə “Böyük Qayıdış” proqramı əsasında vətəndaşlarımızın köçürülməsi prosesinin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün digər dövlət orqanları kimi DTX tərəfindən də bütün imkanlar səfərbər olunacaq.
Daha sonra tədbirdə çıxış edənlər Ulu Öndərin təhlükəsizlik orqanlarında 25 illik xidməti fəaliyyəti dövründə nümayiş etdirdiyi peşəkarlıq nümunələrindən, Heydər Əliyevin birbaşa rəhbərliyi altında uğurla keçirilmiş əməliyyatlar, eləcə də müasir dövrdə təhlükəsizlik orqanlarının qarşısında duran vəzifələr barədə fikirlərini bölüşüblər.
Çıxışlar bitdikdən sonra xidmətdə əldə etdikləri nailiyyətlərə görə fərqlənmiş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.
Tədbirdə şəxsi heyət adından Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət oxunub, ölkə başçısına göstərdiyi etimada, diqqət və qayğıya görə xüsusi minnətdarlıq ifadə olunub, DTX-nin əməkdaşlarının milli maraqların və təhlükəsizliyin keşiyində daim ayıq-sayıq duracaqları, bu müqəddəs missiyanın yerinə yetirilməsi üçün bundan sonra da var-qüvvə ilə çalışacaqları qətiyyətlə bildirilib.
Sonda DTX-nin “Real” TV ilə birgə hazırladığı “La Vira - məxfi menyu” sənədli filmi nümayiş olunub.
Tədbirin bədii hissəsi DTX-nin Mədəniyyət Mərkəzində tanınmış mədəniyyət və incəsənət xadimlərinin ifasında konsert proqramı ilə davam edib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi