Politoloq: "Baydenin İlham Əliyevə məktubunda iki məqam diqqət çəkir" - "İran məsələsində Vaşinqtonla yaxınlaşmağın..."
28-03-2023 [15:42]
Məlum olduğu kimi, dünən Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda yer alan fikrləri Mia.az-a şərh edən politolq Turan Rzayevin sözlərinə görə, ABŞ Prezidentinin Azərbaycan Prezidenti və xalqını Novruz bayramı münasibətilə təbrik etməsi mühüm hadisədir: "Əvvəlcə qeyd edim ki, hazırda dünyada 200-ə yaxın ölkə var və ABŞ Prezidenti heç də bütün ölkələrin rəsmi bayramlarında həmin ölkənin prezidentinə, xalqına təbrik göndərmir. Ənənəvi anqlo-sakson diplomatiyasının spesifik cəhətlərindən olan bayram təbriki ölkənin təbrik ünvanlanan ölkəyə verdiyi qiymətin, dəyərin göstəricisidir".
Politoloq bildirib ki, Co Baydenin Prezident İlham Əliyevə təbrik məktubunda iki məqam diqqət çəkir:

TURAN RZAYEV
"Birincisi, Bayden təbrik məktubunda deyib ki, “Azərbaycan və Birləşmiş Ştatlar ötən il ərzində enerji təhlükəsizliyini təmin etmək və xalqlarımızın üzləşdiyi transmilli çağırışlara cavab vermək üçün bir araya gəliblər”.
Mövcud Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin Rusiyadan enerji asılılığına son vermək istəməsi alternativ ölkələrə marağı artırır. Belə ölkələrdən biri də Azərbaycandır. Azərbaycanın 20 faiz torpağının 27 ildən artıq bir müddətdə erməni işğalına məruz qalmasına və bu illər ərzində Ermənistanla de-fakto müharibə şəraitində olmasına baxmayaraq, rəsmi Bakı TAP və TANAP kimi Avropanın enerji təminatı baxımından perspektiv vəd edən layihələr ərsəyə gətirib. Bundan başqa, Bakının geosiyasi mövqeyi, digər neft və qaz ölkələri olan Mərkəzi Asiyaya yaxınlığı, ərəb ölkələri ilə isti münasibətləri Vaşinqtonun nəzərində Bakının önəmini də artırır.
İkincisi, Co Bayden “Birləşmiş Ştatlar bu yenilənmə və düşüncə mövsümündə Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir” deyib.
Prinsip etibarilə indiki məqamda Ermənistan və Azərbaycanın uzlaşmasında ABŞ-ın müsbət töhfələri ola bilər. ABŞ-ın prosesdə iştirakı həm də Bakının əlini gücləndirə bilər. Lakin bütün hallarda Vaşinqtonla ehtiyatlı davranmaqda fayda var. Belə ki, ABŞ Ermənistanla Azərbaycan arasında sülhün əldə edilməsi üçün rəsmi İrəvandan ərazi bütövlüyümüzü tanımasını istəyə, proses yekunlaşdıqdan sonra isə Qarabağ ermənilərinə statusun verilməsi kimi istəklər də sərgiləyə bilər".
Siyasi şərhçi deyir ki, Baydenin təbrik məktubunun diqqətçəkən bir digər məqamı da məktubun məhz İran-Azərbaycan gərginliyinin pik həddə çatdığı bir zamanda göndərilməsidir: "Hər nə qədər Ermənistanla sülhün əldə edilməsi məsələsindən ABŞ-dan ehtiyat etməli olsaq da, İran məsələsində Vaşinqtonla yaxınlaşmağın Bakı üçün müsbət nəticələri ola bilər. Xüsusilə də bu istiqamətdə 907-ci düzəlişin ləğvinə nail ola bilərik.
Prinsip etibarilə ABŞ Prezidenti Co Bayden Azərbaycana yardım göstərilməsi ilə bağlı 907-ci düzəlişi bir neçə dəfə müəyyən vaxt üçün ləğv edib. İndiki məqamda buna birdəfəlik nail olmaq lazımdır. 907-ci düzəlişin ləğvi isə ilk növbədə Azərbaycanın F-16 döyüş təyyarələri əldə etməsi üçün önəmlidir".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi