Biləsuvarda möhtəşəm gül bayramı - FOTOLAR

img

10-05-2014 [13:38]


Mayın 9-da Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyev adına parkda Ulu Öndərin 91 illik yubileyi və möhtəşəm " Gül Bayramı " qeyd olunub


Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər.

 Əvvəlcə Ulu öndərin abidəsi ziyarət olundu əziz xatirəsinə tər çiçəklər qoyulub. Sonra rayonun ümumtəhsil məktəbləri şagirdlərinin və  gənc rəssamlarının müxtəlif növ güllərdən hazırladıqları sərgi nümayiş olunub.

Məlumatdan və fotolardan görünür ki, hər bir kompazisiya Ümummilli Liderin həyat və fəaliyyətinin ayrı-ayrı məqamlarından bəhs edib. Sərgiyə  5 min nəfərə yaxın insan tamaşa edib. Sərgidən sonra Heydər Əliyev adına parkda respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə geniş konsert proqramı keçirildi.Konsertin sonunda möhtəşəm atəşfəşanlıq olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA