09-05-2014 [22:53]
Bu günlərdə Qırğızıstanın paytaxtında Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bişkekdə kikboksinq üzrə "Heydər Əliyev kuboku” uğrunda Azərbaycan-Mərkəzi Asiya turnirinin yekun nəticəsinin elanı ilə bağlı maraqlı situasiya yaranıb. Daha doğrusu, turnirin Azərbaycan tərəfindən təşkilatçılığını üzərinə götürən şəxslərin böyük yalanı ifşa olunub.
Xatırladaq ki, sözügedən turnirin təşkilatçıları Kikboksinq Federasiyalarının prezidenti, millət vəkili Adil Əliyev və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov olub.
Mia.az Azinform.az-a istinadən sübutlarla adıçəkilən şəxslərin, xüsüsilə də Adil Əliyevin Azərbaycan xalqına ünvanladığı doğru olmayan məlumatın nədən ibarət olduğuna aydınlı gətirmək istəyir.
Millət vəkili Adil Əliyev turnirin yekunları ilə bağlı 3 may tarixində öz Facebook hesabında bunları yazıb:
"Dostlar, Ulu Onder Heyder Aliyevin xatiresine hesr olunmush,Azerbaycan Orta Asiyaya qarshi yarishimiz 6-6 hesabi basha catdi..Idmancilarimiz cox meharetle vurushdular..Bu tedbirimiz cox agir kecdi, cunki biz dord olkenin en guclu idmancilarina qarshi vurushduq..Tedbirden goruntuler.. — с пользователями Rehim Abaseliyev и Hakim Haciyev. (4 фото)”.
Adil Əliyevin yazdığı statusla bu linkdən tanış ola bilərsiniz. https://www.facebook.com/adil.aliyev.524
İndi isə rəsmi dövlət agentliyi «Azər Tac»-ın 3 may tarixində Bişkekdən yaydığı məlumatla tanış olaq:
”Bişkek, 3 may (AzərTAc). Azərbaycanın Qırğızıstandakı səfirliyinin və hər iki ölkənin Kikboksinq federasiyalarının təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Bişkekdə kikboksinq üzrə "Heydər Əliyev kuboku” uğrunda Azərbaycan-Mərkəzi Asiya turniri keçirilmişdir.
Yarışlarda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Tacikistan idmançıları iştirak etmişlər.
Qırğızıstanın Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyi direktorunun müavini Bolot Motukeev çıxış edərək "Heydər Əliyev kuboku” uğrunda keçirilən turnirin gözəl təşəbbüs olduğunu diqqətə çatdırmışdır. O, son vaxtlar Azərbaycan ilə Qırğızıstan arasında idman sahəsində əlaqələrin genişləndiyini söyləmişdir.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işlədiyi dövrdə Orta Asiya ölkələrində də digər sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət göstərirdi.

Səfir bildirmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda idmanın inkişafı istiqamətində mühüm işlər görülür. İdmançılarımız beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında böyük uğurlar qazanırlar.
Diplomat 2015-ci ildə Azərbaycanda birinci Avropa Oyunlarının keçiriləcəyini xatırlatmış, bunun ölkəmizdə idmanın sürətlə inkişafının göstəricisi olduğunu vurğulamışdır. O demişdir ki, Azərbaycan sözün əsl mənasında idman ölkəsinə çevrilmişdir və qələbələrimiz hələ qarşıdadır.
Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, Milli Məclisin üzvü Adil Əliyev ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır. O, dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti kimi bu istiqamətdə mühüm xidmətlərini qeyd etmişdir. Azərbaycanın beynəlxalq idman yarışlarına da ev sahibliyi etdiyini deyən A.Əliyev kikboksçularımızın nailiyyətlərindən söhbət açmışdır.
Qırğızıstanın əmək, miqrasiya və gənclər nazirinin müavini Marat Nuraliev, Qırğızıstan Milli Olimpiya Komitəsinin rəhbəri Aleksandr Voinov ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən idman sahəsində əlaqələrin inkişafı haqqında danışmış, idmançılara uğurlar arzulamışlar.
Sonra yarışlara start verilmişdir. Gərgin keçən yarışlar 6:6 hesabı ilə başa çatmış, idmançılara sertifikatlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Salonda "Dostluq qələbə qazandı” şüarları səsləndirilmişdir.
Qulu Kəngərli , AzərTAc-ın xüsusi müxbiri
Bişkek "
Göründüyü kimi, millət vəkili Adil Əliyevlə "Azər Tac”-ın yaydığı informasiya məzmun və mahiyyət baxımından üst-üstə düşür. Qeyd edək ki, hər iki məlumat 3 may tarixində Bişkekdən yayılıb.
Məsələnin ziddiyyətli tərəfi isə bundan ibarətdir ki, Azinform.az –a isə Azərbaycan yığmasının həmin turnirdə 7-6 hesabı ilə uduzduğu haqda informasiya daxil olub. Bu səbəbdən də məlumatı dəqiqləşdirmək üçün Bişkekdəki həmkarlarımızla əlaqə saxladıq və məlum oldu ki, turnurin yekun hesabı doğrudan da 7-6 olub.

Azinform.az deyilənləri sübut etmək üçün Qırğızıstanın ən nüfuzlu media orqanlarından sayılan "Вечерный Бишкек» də dərc edilən məqalənin sürətini təqdim edir. Qeyd edək ki, sözügedən media orqanı 39000 nüsxə ilə rus dilində çap olunur və bütün Orta Asiyada məşurdu. Təqdim etdityimiz faktdan da görünür ki, qəzet Azərbaycan komandasının uduzduğunu sübut edən dəlil kimi keçirilən bütün görüşlərin nəticəsi haqda geniş informasiya verir.
Təbii ki, biz də Azərbaycan yığmasının nəinki heç-heçə etməsini, böyük hesabla qələbə qazanmasını istərdik. Ancaq idmanda hər şey ola bilər. Yeri gələndə məğlubiyyətlə də barışmağı bacarmaq lazımdır. Məğlubiyyəti isə heç vaxt yalanla kompensasiya etmək mümkün deyil.
İndi söz Adil Əliyevlə, Hidayət Orucovundur…

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi