PA-nın Qarabağdakı ermənilərə dəvəti: nə baş verir? - Politoloqdan şərh
27-03-2023 [12:26]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə növbəti dəfə Bakıya dəvət edib.
Rəsmi Bakı bununla bir daha reinteqrasiya prosesində maraqlı olduğunu, erməni icması ilə mövcud problemlərin həlli üçün danışıqlara hazır olduğunu göstərir.
Bu və ya digər məqamları Mia.az-a şərh edən politoloq Turan Rzayevin sözlərinə görə, Azərbaycan tərəfi görüşün Bakıda keçirilməsində israrlıdır:

TURAN RZAYEV
"Prinsip etibarilə, martın 1-də Xocalı şəhərində keçirilmiş görüş ilə Bakı ilk konstuktiv addımı atdı. Bu addıma cavab kimi erməni icması da Bakıdakı görüşü qəbul etməlidir. Bakı illərdir erməni tərəfinin “rəsmi Bakı bizimlə birbaşa dialoq aparsın” istəyini gerçəkləşdirir. Yəni, məntiqlə Bakının dialoq təklifinə razı olmalıdırlar. Bununla belə mümkündür ki, separatçılar martın 13-də təqdim edilmiş dəvət kimi Prezident Administrasiyasının budəfəki dəvətini də qəbul etməyəcək. Xankəndidəki separatçı rejim bundan öncə olduğu kimi, Bakının bu təklifinə də görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi bəhanəsini irəli sürərək, özlərini “tərəf” kimi təqdim etməyə çalışacaqlar".
Siyasi şərhçi bildirib ki, separatçı rejimin neqativ cavablarına baxmayaraq, Azərbaycan tərəfinin reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə görüş təkliflərini davam etdirməsi zəruridir:
"Birincisi, Azərbaycan tərəfi bununla bir daha problemlərin danışıqlar yolu ilə həll edilməsində maraqlı olduğunu gərginliyi artıran tərəfin separatçılar olduğunu göstərmiş olur. Bu həm də o baxımdan vacibdir ki, ehtimal antiterror əməliyatları zamanı Qərbin təzyiqləri qarşısında bunu arqument kimi istifadə etmək olar.
İkincisi, rəsmi Bakı bu kimi təkliflər ilə həm də vaxt qazanmağa çalışır. Belə ki, antiterror əməliyyatları üçün bütün hazırlıqlar görülsə də geosiyasi vəziyyət hələlik buna uyğun deyil.
Xüsusilə də Türkiyədə seçkilər öncəsi belə bir addımın atılması əlavə risklər yaradır.
Azərbaycan tərəfi Türkiyədəki seçkilər bitənədək və əlverişli gesosiyasi vəziyyət yarananadək erməni icmasına yenidən bənzər təklif irəli sürə bilər".
Lamiyə
Mia.az
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi