Polis Samuxda əməliyyat keçirib, saxlanılanlar var

img

27-03-2023 [10:05]


Polis Samuxda əməliyyat keçirib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Mia.az-a bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının ayrı-ayrılıqda keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli Elmir Yolçuyev, İlkin Allahverdiyev və Osman Mərdənov saxlanılıb. Şübhəli şəxslərin üzərlərinə baxış keçirilən zaman onlardan "metamfetamin" aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, hər 3 şəxs barəsində Samux Rayon Polis Şöbəsində cinayəti işi başlanıb, araşdırmalar davam etdirilir.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR