Məşhur futbolçunun qardaşı oyunda infarkt keçirdi, özünə gələn kimi isə.... - FOTO

img

27-03-2023 [09:52]


"Sevilya"nın ulduzu Nemenya Qudelinin "Kodroba"da çıxış edən qardaşı oyunda infarkt keçirib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İspaniya 3-cü Liqasında "Kordoba" öz meydanında "Racing Ferrol" ilə qarşılaşıb. 

Qarşılaşmanın 11-ci dəqiqəsində ev sahibi komandadan 25 yaşlı müdafiəçi Draqisa Qudelj qəfil yerə yıxılıb.

Həkimlər onun infarkt keçirdiyini müəyyən ediblər. Təcili tibbi yardım maşını ilə meydandan çıxarılan oyunçu ilkin müdaxilə ilə özünə gətirilib.

"Fanatik"in xəbərinə görə, özünə gələn futbolçu yenidən meydana dönmək istəyib. Lakin həkimlər buna icazə verməyincə, ortam gərginləşib. O, həkimlərlə dava etməyə başlayıb. Nəhayət, həkimlər ona səhhətindəki problemin ciddiliyini anladaraq futbolçunu sakitləşdirblər.

Məlumata görə, futbolçu xəstəxanaya yerləşdirilib: "Draqisa Qudeljin infarkt keçirdiyini eşidən qardaşı, "Sevilya"da çıxış edən ulduz yarımmüdafiəçi Nemenya Qudeljin dərhal xəstəxanaya yollanıb...".

Fərid

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR