09-05-2014 [15:44]
Altıncı yazı
Habil məni sakitləşdirdi. Habilə dedim ki, qardaş, bunların şəkilləri ermənilərin əlinə düşməməlidir (Şəhid qəbiriatanlığına vurulmuş şəkillər). Əgər ermənilər şəhərə hücum etsələr, onları çıxarmaq lazımdır. Əgər mən ölsəm, bunu siz edərsiniz (Günahımın ən böyüyü bu oldu ki, o şəkilləri çıxara bilmədim. Onların ruhu qarşısında borclu qaldım). Saat 11-də yolüstü posta qalxanda Kamran Mehdiyevə dəydim. O, söz vermişdi ki, Faiqin qanını almamış ölməyəcək. Dedim ki, sən yeriyə bilmirsən. İmkan var, çıx get, biz qalırıq. Getmədi. Cəbrayılı ən axırıncı tərk elədi. Posta gəldim. Xəbər verdik ki, Xubyarlı kəndində 2 ədəd təzə kombayn və bir ədəd traktor var. Gəlin onları aparın. Söz verdilər, amma aparmadılar. Bakıdan gələn polis işçiləri Muradın, Mirinin, Elçinin yanında xəbər verdilər ki, sizdən arxada Laçın batalyonu dayanıb. "Raypo” istiqamətini isə Zəngilandan gələn Milli Ordu, Cəbrayıl "Ziyalı” batalyonu, bir də Bakıdan gələn yanğınsöndürənlər qoruyurlar. Artıq qaranlıq düşmüşdü. Hərəküldə işıqlar görünürdü. Bizimkilərə xəbər verdik ki, düşmən Hərəkülə qüvvə yığır. Oranı atəşə tutmaq lazımdır. Dedilər bilirik. Tədbir görürük.
23 avqust 1993-cü il
Səhər tezdən, Tahir, Habil, Mahirlə polis şöbəsinə gəldik. Rəis uşaqlardakı silahı görüb soruşdu ki, silahları sizə kim verib? Cavab verdilər ki, o gün Mahmudluda "kim döyüşmək istəyir, silah götürsün” dedilər. Biz də kitaba qol çəkib, növbətçi polis kapitanı Ramildən silah aldıq. Rəis silahları geri qaytarmağı tələb etdi. Onlar silahı qaytaranda mən də qaytardım. Məhərrəmov dedi ki, sən qaytarma. Dedim ki, uşaqlardan alırsan, mən də verirəm. Silahları rəis müavinləri Firat Məmmədovun, Vaqif Hüseynovun, Bakıdan gələn polis işçilərinin komandirləri Xanların və Mehdi müəllimin yanında qeyd etdirib, qaytardıq. Rəis bildirdi ki, şaiyələr baş alıb gedir. Beş ildir bu Cəbrayıl yolunda can oyursan, amma qədrini bilmirlər. Sənin salamat qalmağını istəyirəm. Mən bilirəm ki, siz təmiz adamlarsınız. Hər şey mənim üçün aydın idi. AXC üzvü olduğum üçün məni düşmən kimi qələmə vermək istəyirdilər. Təbliğat öz işini görürdü...
Ardı var
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi