Avro-2024: Türkiyə millisi İrəvanda qalib gəldi (FOTO/Yenilənib)

img

25-03-2023 [22:53]


Bu gün Avro-2024-ün seçmə mərhələsində Türkiyə millisi səfərdə Ermənistanla oynayır.

Mia.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:00-da başlayan oyunun 9-cu dəqiqəsində Ozan Kabakavoqola imza atıb.

Bu qoldan 25 dəqiqə sonra Orkun Kökçü gözəl zərbə ilə hesaba tarazlıq gətirib - 1:1

Qeyd edək ki, oyunda zaman-zaman gərgin anlar yaşanır. Hakim 43-cü dəqiqəyə kimi Türkiyənin 3 oyunçusuna sarı kart verib.

64-cü dəqiqədə Kərəm Enes Ünalın ötürməsi ilə 2-ci qolu ermənilərin qapısından keçirib. 

Oyun bu hesabla bitib - 1:2.

Beləliklə, Türkiyə qrupdakı ilk oyununda qalib gəlib. Türkiyə 2-ci günü növbəti oyunu Xorvatiya ilə Bursada oynayacaq.

Fərid

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR