Blinken Konqresdə Bakı və İrəvan arasında danışıqlardan danışdı: "Tezliklə sülh müqaviləsi imzalana bilər" - "Dünyada yeni nizam qurulur"

img

23-03-2023 [10:56]


"Mən bu ilin əvvəlində Münxendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdüm. Bundan əlavə,  Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Vaşinqtonda sülh sazişi ətrafında müzakirə aparıblar. Tərəflərlə mütəmadi telefon danışıqlarım olur. Biz birlikdə sülh sazişi üzrə detalları müzakirə edirik. Hesab edirəm ki, sülh müqaviləsinin detalları üzərində iş başa çatmaq üzrədir. Fikirmcə, tezliklə tərəflər sülh sazişi üzrə razılıq əldə edəcəklər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ-ınn xarici siyasəti barədə konqresdə çıxış edən dövlət katibi Entoni Blinken deyib.

O bildirib ki, ölkəsi tərəflərin ortaq məxrəcə gəlməsi və münasibətlərinin normallaşması üçün səylərini davam etidirir.

Dövlət katibi çıxışında SSRİ-nin dağılması ilə dünyada yaranan sistemin də artıq başa çatdığının anonsunu verib.

O, yeni dünya nizamının qurulmasında ABŞ-ın əsas rəqibi kimi Rusiyanı görüb: "Çin isə bizim üçün uzaq perspektivdə rəqibimiz statusundadır. İndilikdə isə Rusiya tək bizə deyil, dünyaya təhlükdir".

Dövlət katibi Ukraynadaya dəstəkədən də söz açıb. Bildirib ki, bu, indi çox vacibdir...

Samir Musayev

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR