Türkiyə Finlandiyanın NATO üzvlüyünə "hə" dedi: "İsveçə gəldikdə isə..."

img

17-03-2023 [19:50]


Bu gün Prezident Ərdoğan və Finlandiya prezidenti Niinistö arasında Beştəpə görüşündən sonra Finlandiyanın NATO üzvlüyünün təsdiqlənməsi qərara alınıb. 

Mia.az xəbər verir ki, bu barədə hər iki ölkənin prezidenti jurnalistlərə açıqlamalar verib.

Ərdoğan bildirib ki, Türkiyə iqtisadi və ticari əlaqələrini  şaxələndirməyə hazırdır: "Bu istiqamətdə həmakrımla müzakirə apardfıq. Həmçinin görüşdə cari, regional və qlobal məsələləri, o cümlədən Türkiyə- Avropa İttifaqı (Aİ) münasibətlərini, ikitərəfli münasibətlərimizi müzakirə etdik. Finlandiyanın Türkiyənin Aİ üzvlüyünə davamlı güclü dəstəyinə əhəmiyyət veririk. Əziz dostumla Rusiya-Ukrayna müharibəsində baş verənlər haqqında fikir mübadiləsi apardıq. Mən müharibəni diplomatik yollarla bitirmək üçün göstərdiyimiz səylərdən danışdım".

Ərdoğanın sözlərinə görə, əsas müzakirə isə Finlandiyanın  NATO-ya üzvlüyü olub: "Təbii ki, danışıqlarımızda Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciəti mühüm yer tuturdu. Türkiyə NATO-nun açıq qapı siyasətinin güclü müdafiəçiləri sırasındadır. Üçlü memorandumu eyni vaxtda imzalamaqla biz qeyd etdik ki, Türkiyənin qanuni təhlükəsizlik narahatlıqları aradan qaldırılmalıdır. Biz Finlandiyanın üçtərəfli memorandumda üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək üçün səmimi və konkret addımlar atdığını gördük. Onun göstərdiyi həssaslığa və əldə edilmiş irəliləyişlərə əsaslanaraq, Finlandiyanın NATO-ya üzvlüyünün parlamentdə təsdiqlənməsi prosesinə başlamaq qərarına gəldik".

İsveçlə bağlı məsələyə gəlincə, Ərdoğan deyib ki, bu, həmin ölkənin addımlarından aslıdır: "Prosesin necə irəliləyəcəyi İsveçin atacağı addımlarla birbaşa bağlı olacaq”.

Xatırladaq ki, Finlandiya prezidenti dünən Türkiyəyə gəlib. O, ilk olaraq zəlzələ bölgəsinə səfər edib, orada zərərçəkənlərlə görüşüb.

Zülfiyyə

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR