Müsavat Partiyasının parçalanma planı: kimdir günahkar? - Müsavatçıdan açıqlamalar
17-03-2023 [15:32]
Azərbaycan Demokratiya və Rifah Partiyasından istefa verən professor Adil Qeybulla belə bir bəyanat verib: "2014-cü ildə Müsavatın parçalanması böyük bir proje idi. Zatən bunun detalları açılsa yəqin ki, ləyaqəti olan heç kəs bu məsələyə biganə qalmaz”.
Mia.az xəbər verir ki, bu barədə "Yeni Müsavat" qəzetinin keçmiş əməkdaşı Elbəyi Həsənli maraqlı şərh verib.
O, xatırladıb ki, Müsavat partiyasının divan üzvü olmuş Qubad İbadoğlu 2014-cü ilin sentyabrında partiyanın sədrliyinə keçirilən seçkilərdə iştirak edərək 228-ə qarşı 200 səs toplayaraq Arif Hacılıya uduzub:

ELBƏYİ HƏSƏNLİ
"Müsavat Gənclər Təşkilatının sədri olan Tural Abbaslı bu seçkidə 19 səs qazanmışdı. Qubad İbadoğlu 2015-ci il fevralın 6-da Müsavat partiyasından xaric edilib. Tural Abbaslı isə 2016-cı ildə isə Müsavat Partiyasından istefa verib. Onların hər ikisi Müsavat Partiyasından öz tərəfdarları ilə birlikdə ayrılıb. Nəticədə partiya parçalanıb. Tural Abbaslı 2016-cı ildə yaradılmış Ağ Partiyanın sədridir...
Sayın Adil Qeybulla dediklərindən belə çıxır ki, Qubad İbadoğlu və Tural Abbaslı iqtidarın sifarişi ilə partiyanın parçalanmasına can atıb və buna da ən azı qismən nail olub".
Elbəyi Həsənlinin iddiasına görə, nəzəri baxımdan o da mümkündür ki, bu projeni iqtidar yox, AXCP sifariş verib: "Ancaq nə Qubad İbadoğlu, nə də Tural Abbaslı AXCP-yə xüsusi məhəbbət sərgiləmir. Ona görə də bu ehtimal ağlabatan görünmür...".
Müsavatçının sözlərinə görə, əlbəttə, Müsavat kimi iqtidarın bir addımlığında olan partiyanı hansısa xarici qüvvə də parçalamaqda maraqlı ola bilərdi: "Nəzəri baxımdan bu da mümkündür. Adil bəy oxu atıb, yayı isə gizlədir. Və müxtəlif interpretasiyalara meydan verib. Mən öz adımdan Adil Qeybulladan xahiş edirəm ki, bu məsələyə aydınlıq gətirsin. Xüsusən mənim üçün maraqlıdır ki, Adil bəy bu projenin mövcudluğundan nə vaxt xəbər tutub...".

ADİL QEYBULLA
E.Həsənli qeyd edib ki, o, 1997-ci ildən Müsavat Partiyasının üzvü olub: "Yəqin ki, məni partiya sıralarından çoxdan çıxarıb atıblar. Mənim üçün bu, o qədər də önəmli deyil. Mən bütün varlığımla özümü müsavatçı bilirəm. Özümü Məmməd Əmin Rəsulzadə ideyalarının daşıyıcısı sayıram. Hesab edirəm ki, hər bir azərbaycanlı müsavatçı olmalıdır. Yoxdan bizə dövlət yaratmış kişilərin qoyduğu yolla getməlidir. Onu da deyim ki, mən Müsavat Partiyasının parçalanmasına qarşı olmuşam. O da sirr deyil ki, Müsavat Partiyası parçalandıqdan sonra “Ana Müxalifət” rolunu itirdi və bu statusa AXCP-e yiyələndi...
Ümid edirəm ki, sayın Aqil Qeybulla, eləcə də Qubad İbadoğlu və Tural Abbaslı “Müsavatın parçalanması böyük bir proje idimi” sualına cavab verəcəklər".
Samir MUSAYEV
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi