"Serengeti kralı" gənc rəqibləri tərəfindən öldürüldü - VİDEO

img

17-03-2023 [13:08]


Tanzaniyadakı Serengeti Milli Parkında yaşayan və "Serengeti kralı" kimi tanınan 12 yaşlı aslan bölgədəki digər gənc aslanlar tərəfindən öldürülüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, möhtəşəm görünüşü ilə "Serengeti kralı" kimi tanınan və "Bob Junior" adı verilən aslan üç gənc rəqibinin hücumuna məruz qalıb.

Tanzaniya Milli Parklar Müdirliyindən verilən açıqlamaya görə, turistlərin diqqət mərkəzində olan "Bob Junior" bu döyüşdə aldığı zədələrdən ölüb.

Xatırladaq ki, Tanzaniyanın şimalında yerləşən Serengetidə 3500-dək şir yaşayır.

Ləman

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR