DİM sədri onu tənqid edənlərə qarğış etdi: "Test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər, ancaq..." - "Mənə qibtə edənlərə deyirəm ki..."

img

17-03-2023 [11:38]


"Buraxılış imtahanlarında istifadə olunan bütün test tapşırıqları ümumtəhsil müəssisələrində qüvvədə olan dərsliklər əsasında hazırlanr".

Mia.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə brifinqdə deyib.

O bildirir ki, imtahanda hər bir sualın məqsədi var: "Bütün bunlar bəlli standartlar üzrə bilik və bacarıqları yoxlamaq üçündür. Hər bir tapşırığın konkret olaraq hansı standartı yoxlamağa xidmət etdiyini də göstərə bilərik. Bəzən imtahanların çətinliyi ilə bağlı ictimaiyyət nümayəndələri ziddiyyətli fikirlər səsləndirir. Test sisteminin əzbərçiliyə səbəb olduğunu söyləyirlər. Ancaq müəyyən bacarıqları yoxlayan yazılı cavab tələb edən açıq tipli tapşırıqlardan istifadə olunanda çətindir deyirlər”.

DİM sədri daha sonra onu tənqid edənlərə xitabın sərt ifadələr işlədib.

M.Abbaszadə deyib ki, onun kiməsə qarşı qərəzi yoxdur: "Mənim kimləsə şəxsi qərəzim yoxdur. Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər.  Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər. Ancaq mənə qibtə eləyənlərə deyirəm ki, sağ əlim onların başına”.

Xatırladaq ki, DİM sədrinin 44 yaşlı qızı bir neçə il əvvəl qəfil  vəfat edib. Bu səbəbdən çoxluq onun qəfil "mənə qibtə eləyənlərə deyirəm ki, sağ əlim onların başına” - sözünün, əslində, qarğış olduğunu iddia edi və bu cür açıqlamanı təhsil sahəsində olan rəhbər şəxsə yaraşdırmayıblar...

Zülfiyyə

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR