Zaqatalada qətl: ər 34 yaşlı arvadını güllələdi (Yenilənib)

img

17-03-2023 [10:39]


Zaqatalada arvadını öldürən şəxs könüllü olaraq istintaqa təslim olub.

Mia.az xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, martın 17-si saat 09 radələrində 1989-cu il təvəllüdlü Firəngiz Yusifovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, ibtidai istintaq davam edir.

***

Zaqatalada qadın güllələnib.

Mia.az Daxili İşlər Nazirliyinə istinadlka bildirir ki, martın 17-si saat 09 radələrində Zaqatala şəhərində Firəngiz Yusifovanın ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı Məhəmməd Didiyev rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə “isti izlər”lə saxlanılıb.

Araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR