"KÜRDLƏR OLMASA, KILIÇDAROĞLU YARIŞA ORTAQ OLA BİLMƏZ" - Ərdoğanın müavini Bahçeli və Hakan Fidanla bağlı iddialardan danışdı
16-03-2023 [20:52]
AKP sədrinin müavini Numan Kurtulmuş CNN TÜRK-də yayımlanan "Xüsusi Müsahibə" proqramında seçki və gündəmdə olan digər məsələlərlə bağlı maraqlı açıqlamalar verib.
Mia.Az xəbər verir ki, o, Cumhur İttifaqının prezidentliyə namizədi Ərdoğanın əsas rəqibi olan Millət İttifaqının namizədi, CHP sədri Kamal Kılıçdaroğlunu böyük fərqlə udması üçün digər partiyalarla danışıqlar apardıqlarını deyib.
"Hazırda Yenidən Rifah Partiyası və HUDA-PAR ilə danışıqlar davam edir. Cumhur İttifaqı yaranandan bəri heç vaxt heç bir partiya ilə bazarlıq aparılmayıb. Bu ittifaq, ümumiyyətlə, bazarlıq masası deyil. Biz sadəcə, Türkiyənin yüz ilində qarşıdakı 100 ilin təməlini gücləndirmək üçün çalışırıq. Nə vitse-prezident oyunları, nə koalisiya danışıqları aparmadan yolumuza davam edirik. Heç vaxt koalisiya müzakirəsi belə gedə bilməz, olmayacaq belə bir müzakirələr. Hazırda yenidən qurulmuş mərkəz siyasətimiz var. Onun orqanı AK Partiyadır. Türkiyənin gələcəyi ilə bağlı “mən də varam” deyən və bunu prinsiplər əsasında işləyən hər kəsə qapı açıqdır".

Numan Kurtulmuş sabiq baş nazir Nəcməddin Ərbakanın oğlu Fatih Ərbakanın oğlunun sədr olduğu Yenidən Rifah Partiyası ilə danışıqlara təkrar dönüb. Bildirib ki, hər partiyanın öz siyasəti var: "Bu partiyanında fikrinə hörmətlə yanaşırıq. Burada təkrar edirəm, koalisiya protokolu və sair oyunlar yoxdur. İnanram ki, dostlarımız Türkiyənin qapılarını açmağa hesablanan qərar verəcəkər".
Ərdoğanın müavini qadın hüquqlarını qoruyan 6284 saylı qanunun ləğvini tələb edən Ərbakanla bu mövzuda müzakirə aparmağı əhəmiyyətsiz sayıb: "Yeni deyirəm, biz partiyaların seçkiyönümlü ittifaqı üzərində işləyirik. Bu partiyalardan da müsbət münasibət görürük. AK Partiyanın üslubu ortadadır. Qadınları hər cür təhlükədən uzaq tutmaq üçün hər cür tədbir görürük. Proqramımız oradadır. Bu məsələlər AK Partiyanın gündəmi deyil, bu seçkinin gündəmi deyil. Hörməti Ərbakanla danışıqların müsbət nəticə verəcəyini gözləyirəm".
Kurtulmuş MHP lideri Dövlet Bahçeli ilə Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri Hakan Fidanla bağlı dolaşan iddialara da toxunub: "Deyirlər ki, Ərdoğan növbəti prezidentlk dövründə bu iki şəxsi vitse-prezident təyin edəcək. Bunlar dedi-qodudur, qeybətdir. Hazırda bizim yalnız bir prioritetimiz var. Bu, birmənalı olaraq Prezidentimizin yenidən seçilməsi və mayın 14-dən sonra Türkiyənin yolunun açılmasıdır".
Əsas rəqibləri Kamal Kılıçdaroğlunun şansını dəyərləndirən Ərdoğanın müavini CHP sədrinin kürdlərin partiyası sayılan və Türkiyədə deputat və hazırkı duruma görə 3-cü ən böyük seçici sayına sahib olan HDP ilə bu şənbə günü gözlənilən görüşünə işıq salıb:
"Əvvəldən dediyimiz bir şey var. HDP olmasa, Kılıçdaroğlu bu seçki yarışına ortaq ola bilməz. Digər bir ir fakt var. HDP ilə bağlı məsələ rəsmi elan olunmasa da, bu partiya faktiki Millət İttifaqı ilə bir yerdədir. Bəli, etiraf edirəm ki, HDP-nin səsini almadan Kamal bəyin yarışda varlığı ciddi ola bilməz. Hesab edirəm, o, HDP qərargahına getməklə indiyə qədər olan gizli ittifaqı rəsmən elan edəcəklər..."
Zülfiyyə
MİA.AZ
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi