YAP Gəncə şəhər təşkilatının sədri vəzifədən azad edilib - Hakim partiyadan daha 38 nəfər xaric olundu
16-03-2023 [19:00]
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
YAP-ın mətbuat xidmətindən Mia.az-a bildirilib ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib. Tahir Budaqov bildirib ki, ötən il yeni maliyyə-uçot sisteminə keçid olub və 2022-cü il üzrə partiyanın maliyyə hesabatları bu sistem əsasında hazırlanıb.
Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Arif Rəhimzadə çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. 2022-ci il üzrə maliyyə hesabatları İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.
Sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb.
YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.
Daha sonra partiyanın Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib. YAP İdarə Heyətinin üzvləri Musa Quliyev və Eldar İbrahimov R.Orucova şəfa diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.
Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi