"Fənərbağça"nın baş mşqçisi rüsvay oldu - Oyunçusunu tanımadı

img

16-03-2023 [12:33]


"Fənərbağça" bu gün UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda 2:0 hesabla uduzduğu "Sevilya"ya qarşı revamşa çıxacaq.

Mia.az xəbər verir ki, oyunla bağlı mətbuat konfransı keçirən komandanın baş mşqçisi Jorge Jesus 7 milyon avroya (140 milyon lirə) transfer edilən oyunçusu Ceyden Oostervoldenlə bağlı suala cavab verərəkən, onu tanımaması gündəmə damğasını vurub.

Məlumata görə, 21 yaşlı futbolçuya şansı verilib-verilməyəcəyi barədə sualı cavabda Jesus əvvəlcə "O, kimdir?" soruşub. Daha sonra komandanın oyunçularının siyahısına baxaraq, onun kim olduğunu öyrənməsi sosial şəbəkədə böyük paylaşımlara səbəıb olub.

Böyük əksəriyyət yazıb ki, klub rəhbərliyi çox vaxt məşqçilərin rəyi olmadan belə oyunçular alır: "Bu səbəbdən Jesusun onu tanımaması da normaldır, oynatmaması da...".

Fərid

Mia.az

img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR