"Qalatasaray"ın baş məşqçisi İtaliya "divi"nin hədəfində - 3 oyunçu da gedir

img

16-03-2023 [12:02]


"Qalatasaray"ın baş məşqçisi Okan Burukun Super Liqadakı uğuru italyanların diqqətini çəkib. 

Mia.az xəbər verir ki, bu barədə İtaliyanın "İnter" komandasına yaxın olan yaxın media orqanları, o cümlədən "İnter Live" məlumat yayıb.

Bildirilib ki, İtaliyanın "İnter klubu mövsümün sonunda baş məşqçi Simone İnzaqi ilə yollarını ayıracaq: "Onun  yerinə isə "Qalatasaray"ın 36 yaşlı baş məşqçisi Okan Buruk gətiriləcək. Okan Buruk "İnter"ə tək  gəlməyəcək. O, indiki komandasından "İnter"ə italyan Nikolo Zaniolo, argentinalı Mauro İkardi və Lukas Torreyranı da gətirəcək".

"Inter Live" yazır ki, belə bir qərarın alınmasının əsas səbəbi İtaliya A Seriyasında "Napoli"dən geri qalan və çempionluq yarışından uzaqlaşan "İnter"in düşdüyü hazırkı vəziyyətdir: "Komandaya yeni qan lazımdır".

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR