Ronaldonun müqaviləsindəki daha bir gizli maddə üzə çıxdı 

img

16-03-2023 [11:51]


"Əl Nassr"də top qovan Kriştiano Ronaldonun müqaviləsində daha bir gizli maddə üzə çıxıb. 

Mia.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilib ki, ərəblər portuqaliyalı ulduzla anlaşarkən müqaviləyə öz istəklərinə uyğun daha bir maddə salıblar.

Həmin maddəyə əsasən, Ronaldo bu həftə sonu Ciddədə keçiriləcək Formula 1 Səudiyyə Ərəbistanı Qran Prisində iştirak etməlidir.

Xatırladaq ki, ulduz oyunçu Səudiyyə Ərəbistanının "Əl Nassr" komandası ilə təxminən 173 milyon funt-sterlinqlik (200 milyon dollardan çox) imza atıb.

Ronaldo "Əl Nəsr" komandası ilə indiyədək 25 rəsmi oyun keçirib. O, bu matçlarda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.

Fərid

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR