Xalq yazıçısı Anarın yubiley tədbiri keçirilib - FOTOLAR

img

15-03-2023 [15:08]


Bu gün Azərbaycan Yazıçılar Birliyinin Aran Bölməsinin təşkilatçılığı ilə İmişli rayonunun Əliqulular kənd tam orta məktəbində Xalq yazıçısı Anarın 85 illik yubileyi ilə bağlı "Milli mənəviyyatımız və Anar yaradıcılığı" adlı tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbiri Əməkdar müəllim, AYB üzvü Səxavət Tağlar açaraq Anar yaradıcılığının milli mənəviyyatımızda rolunu göstərib, onun bütün əsərlərinin həmişə sevgi ilə qarşılandığını deyib.

Natiq, yazıçı Anarın zəngin yaradıcılığı və həyat yolundan geniş danışdıqdan sonra məktəbin müəllimləri Afaq Hacıyeva, Könül Əmirova və kitabxanaçı Məkanə Göyüşova öz çıxışlarında  Xalq yazıçısının həyat və yaradıcılığına səyahət ediblər. 

Sonra şagirdlər Anar yaradıcılığından nümunələr söyləyib, onun facebook səhfəsində yubiley yaşına həsr olunmuş  " Sarsılmaz dostluq" adlı filmdən fraqmeti böyük həvəslə izləyiblər.

Ləman

Mia.az

img img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR